SON DƏQİQƏ

Bakıda ictimai nəqliyyat: "Bütün marşrut xətləri yenidən müsabiqəyə çıxarılacaq"

Tarix:11-06-2018, 23:26

Bakıda sərnişindaşımada fəaliyyət göstərən bütün marşrut xətləri müsabiqəyə çıxarılacaq.

Bu barədə BBC News Azərbaycancaya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, ilkin olaraq, sərnişinlərdən haqqında şikayət gələn və nəqliyyat vasitələrinin yararsız olduğu marşrut xətləri müsabiqəyə çıxarılacaq.

"Artıq 20 və 94 saylı marşrut xətləri üzrə müsabiqə elan edilib. Müsabiqənin məqsədi texniki baxımdan yararsız avtobusların xətlərdən çıxarılması və xətlərin tələblərə cavab verən sahibkarlar tərəfindən işlədilməsidir", - Mais Ağayev bildirib.

Cənab Ağayev müsabiqəyə çıxarılan iki marşrut xəttinin yolun 90 faiz hissəsində bir-biri ilə üst-üstə düşdüyünü və bu baxımdan da təkrarlanan marşrutların aradan qaldırılması üçün optimallaşdırılma işləri aparıldığını söyləyib.

O, təkrarlanan marşrut xətlərinin eyni daşıyıcı tərəfindən idarə olunmasınının vahid hərəkət qrafikinin yaradılmasına kömək edəcəyini deyib.

Mais Ağayev əlavə edib ki, görülən işlər sərnişinlərin rahatlığına hesablanıb və avtobuslardan səmərəli istifadə etmək məqsədi daşıyır.

"Sərnişinlərə problem yaranmasın deyə yarana biləcək narahatlıqları aradan qaldırmaq məqsədilə daşıyıcı qarşısında şərt qoyulur ki, həmin marşrut xəttində avtobusların sayını artırsın. Bu yolla sərnişin axını çox olan, lakin avtobus sayı az olan marşrut xətləri də optimallaşdırılacaq", - o bildirib.

Cənab Ağayev müsabiqənin sahibkarlar qarşısında müəyyən şərtlər qoyduğunu, lakin sahibkarların da maraqlarının qorunacağını qeyd edib.

"Müsabiqənin şərtlərinə görə, daşıyıcıların avtobusları təzə və müasir, müəyyən sərnişin tutumu və sürücü bazası olmalıdır", - o söyləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ