SON DƏQİQƏ

Saqqızın köməyilə arıqlamaq olar - Bir şərtlə ki...

Tarix:27-05-2018, 13:03

Saqız çeynəmək arıqlamağa kömək edə bilər, bir şərtlə ki, onu yeriyəndə çeynəyəsən. Tokionun Vaseda universitetindən olan yapon alimləri bu nəticəyə gəliblər.

Alimlər 21 yaşdan 69 yaşadək 46 kişi və qadını öyrəniblər. Birinci qrup sınaqdan keçənlər 15 dəqiqə ərzində iki ədəd saqqızı yeriyəndə çeynəyiblər. İkinci qrupa saqqızın yerinə eyni maddələri daşıyan toz veriblər.

Hər iki halda mütəxəssislər ürək yığılmaları tezliyini, gedilmiş məsafəni və enerji sərfini  ölçüblər. Məlum olub ki, birinci qrupdan olan  eksperiment iştirakçılarının  ürək yığılmaları tezliyi yoxlama qrupun nümayəndələrininkindən iki dəfə yüksək olub. 

" Bizim tədqiqat göstərdi ki, gəzinti zamanı saqqız çeynəmək insanlarda, xüsusilə yaşlı kişilərdə enerji sərfini və qət etdiyi məsafəni artırıb”- təqdiqatın müəllifləri bu qənaətə gəliblər
Metodoloji məhdudiyyətlər üzündən alimlər çeynəmə zamanı hərəkətlərin dəqiq sayını hesablaya bilməyiblər. Onların fikrincə,  gələcək tədqiqatlarda  göstəricilərin daha dəqiq ölçülməsi üçün bu amili nəzərə almaq lazım gələcək.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ