SON DƏQİQƏ

Alimlər soyuqdəyməyə qalib gəlməyin yolunu tapdılar - ARAŞDIRMA

Tarix:16-05-2018, 22:17

Alimlər soyuqdəyməyə qarşı yeni maddə - dərman hazırlayıblar.

Xüsusi maddə insan orqanizminə virus düşəndən sonra gedən proseslərin qarşısını alır və yayılmasını dayandırır.

, London Kral kollecinin alimləri IMP-1088 maddəsini sintez ediblər. Bu maddənin  köməyi ilə ilk dəfə olaraq  infeksiyaya səbəb olan virusların qarşısını tam almaq mümkün olub. Tədqiqatçılar praktiki olaraq istənilən virus infeksiyasının məhdudlaşdırılması və dayandırılması üçün,  insan hüceyrələrinin kənar təsirdən qorunmasını yaradan viruslardan istifadə etməklə, N-miristoiltransferaz-1 zülal molekulu "yetişdirmişlər".

Virus infeksiyaları üzərində laboratoriya sınaqları göstərdi ki, soyuqdəymə viruslarına qarşı IMP-1088 yüz min dəfə səmərəlidir, nəinki başqa kommersiya preparatları. Bu maddə eyni zamanda, virusların çoxalması proseslərinin də tam məhvinə gətirib çıxarır. Növbəti mərhələ,  insanlar üzərində kliniki tədqiqatlar olacaq, artıq alimlər sübut etmişlər ki, yeni dərmanın əlavə təsirləri yoxdur və demək olar ki, istənilən insan istifadə edə bilər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ