SON DƏQİQƏ

Qız övladı böyütmək ataların gender stereotiplərinə münasibətini dəyişir

Tarix:4-01-2019, 23:53

Bir araşdırma göstərib ki, qız övladı böyüdən atalar gender rolları barədə ənənəvi fikirlərə daha az malik olurlar.

London İqtisadiyyat və Siyasi Elmlər Universiteti (London School of Economics and Political Science - LSE) tərəfindən aparılan yeni bir araşdırmada, bunun məktəb yaşına çatan qızların atalarında daha çox müşahidə olunduğu müəyyənləşib.

Nəticədə göstərilib ki, ənənəvi düşüncə tərzi qızları ibtidai məktəb yaşına çatan atalarda 8% və qızları orta məktəb yaşına çatan atalarda 11% azalıb.

Münasibət yetkinlik təcrübələri vasitəsilə dəyişir, araşdırmada deyilir.

Araşdırma necə aparılıb?

Tədqiqatçılar araşdırmanı Birləşmiş Krallıqda (BK) 1991 və 2012-ci illərdə baş tutan iki sorğu əsasında aparıblar.

21 yaşdan aşağı ən azı bir övladı ilə birgə yaşayan şəxslər LSE araşdırmasına daxil ediliblər.

Bioloji övlad, övladlığa, himayəyə götürülmüş qızlar qız övladı kimi hesaba alınıb. Onların ögey övladlığı nəzərə alınmayıb.

Orta hesabla yaşı 37 olan 5073 kişi və yaşı 35 olan 6332 qadının fikri təhlil edilib.

Valideynlərdən, "Kişinin işi pul qazanmaqdır; qadının işi ev və ailənin qayğısına qalmaqdır" fikrini "tamamilə razıyam" və "tamamilə narazıyam" arası dəyişən beş ballıq şkala üzrə qiymətləndirmək tələb olunub.

Araşdırma komandası münasibətlərin vaxt keçdikcə necə dəyişdiyini yoxlamaq üçün, bir kateqoriya üzrə razılaşan və ya neytral yanaşanlarla digər kateqoriya üzrə narazı olanları birləşdiriblər.

Nəticələr göstərib ki, qızları məktəb yaşında olan kişilər ənənəvi fikirlərlə qızları olmayan atalardan daha az razıdırlar.

Bəs analar necə?

"Valideynlik vasitəsilə qız ataları qadın və qızların cəmiyyətdə üzləşdikləri problemləri daha yaxşı anlaya bilirlər".

Bu isə onların gender normaları üzrə fikrinə böyük təsir göstərir.

"Həmin problemlər analara tanış olduğu üçün qız anası olmaq onların gender normaları üzrə fikrinə əhəmiyyətsiz təsir göstərir.

Bu isə, kişilərin ənənəvi düşüncəsindən aşağıdır."

Hansı nəticələr əldə etmək olar?

Araşdırmada deyilir ki, əldə olunan nəticələr münasibətlərin dəyişkənliyinin mümkünlüyünü göstərir.

"Biz bu nəticəyə gəldik ki, norma münasibətlər həyat boyunca stabil qalmır və yetkinlik təcrübələri əsasında böyük şəkildə dəyişə bilər.

"Gender normalarına qarşı münasibət qız övladına valideynlik etmək kimi yetkinlik təcrübələri vasitəsilə dəyişə biləndir və problemə dolayı təsirin insanların münasibətlərini dəyişmək potensialı var."

Məruzənin həm-müəllifi Julia Philipp deyib: "Gender roluna dair ənənəvi yanaşma iş yeri və onun xaricində gender bərabərliyinə nail olmaqda maneəyə çevrilə bilər".

"Vaxt keçdikcə bu münasibətlərin dəyişə bildiyi barədə əldə etdiyimiz nəticələr ümidvericidir."

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ