SON DƏQİQƏ

2018-ci ilin ən çox pul qazanan yazıçıları

Tarix:29-12-2018, 23:51

Sehr dünyasının yenidən səhnə və ekranlara qayıtması Coan Roulinqə 95 milyon dollar qazandırıb. Bununla da 2017-ci ildə 87 milyon dollar qazanan Ceyms Pattersonən gəlirli yazıçıların siyahısında ikinci yerə düşüb.

680 mindən çox nüsxə

Yazıçıların kağız, elektron və audio kitabların satışından, televiziya, film və digər sahələrdən əldə etdikləri gəlirləri nəzərə alan «Forbes» jurnalının hesablamasına görə, Roulinq ötən il mayın 31-dək 95 milyon dollar qazanıb. Bu, dəqiqədə 180 dollar deməkdir. Bu, «Harri Potter və lənətlənmiş uşaq» ssenarisinin sensasiyalı satışından əldə edilən gəlirdir. 2016-cı ilin yayında yeni Harri Potter kitabı işıq üzü görən kimi, təkcə Britaniyada onun 680 mindən çox çap nüsxəsi satılmışdı. Bu nəşr sonuncu Harri Potter romanının işıq üzü görməsindən bəri ən sürətlə satılan kitab olub.

Harri Potter silsiləsindən olan «Fantastik varlıqlar və onların məskəni» adlı filmlər dəstinin çıxmasından sonra Roulinqin gəlirləri daha da artıb. O bu filmlərin ssenarisini yazıb. Ssenari ötən ilin noyabrında çap olunub. Kitabı nəşr edən «Bloomsbury» nəşriyyatı həm də ilk Harri Potter romanının işıq üzü görməsinin 20 illiyi münasibətilə Potter romanlarının yeni illüstrasiyalı versiyalarını çap edib.

«Forbes»un prodüseri Heyli Kuçinello etiraf edib ki, Roulinqin gəlirlərinin 12 ay ərzində 76 milyon dolları keçəcəyini gözləmirmiş.

Bundan öncə sonuncu dəfə 2008-ci ildə «Forbes»un siyahısında birinci olan Roulinq trillerlər müəllifi, ikinci yerin sahibi C.Pattersondan 8 milyon dollar irəlidədir. Patterson son üç ildə siyahıya başçılıq edib.

Həm Roulinq, həm də Patterson üçüncü yerin sahibi, «Fərsizin gündəliyi» kitablar silsiləsinin müəllifi Ceff Kinnini çox geridə qoyublar. Kinninin ötən ilki gəliri 21 milyon dollar olub. Siyahıda dördüncü yeri 20 milyon dollarla Den Braun tutub. Onun gəlirləri bir il ərzində iki dəfə artıb. Bu onun professor Robert Lenqdon haqda növbəti trillerinin çapı üçün avans alması ilə bağlı olub. Kitab ötən ilin sentyabrında çap olunub.

Cəmi 3 britaniyalı yazıçı

«Forbes» jurnalının sözügedən siyahısında cəmi üç Britaniya yazıçısının adı var. Siyahıdakı bütün digər yazıçılar amerikalıdır. «Qatardakı qız» romanının müəllifi, britaniyalı yazıçı Pola Hokins 13 milyon dollarla səkkizinci yerdədir. O, «Forbes»un siyahısına ilk dəfə 2016-cı ildə, psixoloji trillerinin dünyada məşhurlaşmasından sonra düşüb.

Siyahıdakı üçüncü britaniyalı isə «Bozun əlli çaları» romanının müəllifi E.L.Ceymsdir. «Forbes» yazır ki, onun 2016-cı ildə qazancı 11.5 milyon dollar olub.

«Bizim məşhurlara aid siyahılarımıza düşənlərin xeyli hissəsi xarici ulduzlardır. Ancaq maraqlıdır ki, ən yüksək gəlirli yazıçıların üçdə biri Böyük Britaniyadandır. Siyahının yarıya qədərinin qadınlardan ibarət olması da xüsusi qeyd olunmalıdır», – Kuçinello deyib.

Qorxu romanlarının ulduzu Stiven Kinq siyahıda beşinci, qanun və hüquq romanları yazan Con Qrişem və romantik bestsellerlər müəllifi Nora Roberts isə altıncı yerdədir. Sevgi romanları müəllifi Daniela Stil və uşaq yazıçısı Rik Riordan isə 10-cu yeri paylaşırlar.

Hər biri daha öncə siyahının ilk onluğunda yer almış Corc RR Martin, Con Qrin və Veronika Rot ötən il siyahıdan düşüblər. Müşahidəçilər Martinin növbəti «Taxtların oyunu» romanının işıq üzü görməsindən sonra yenidən siyahıya qayıdacağını deyirlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ