SON DƏQİQƏ

Dərgi – Hansı ay hansı işi görmək lazımdır?

Tarix:29-12-2018, 23:47

Araşdırmalar iş müraciətindən tutmuş, ev almaq, hətta evlənmək və uşaq sahibi olmaq kimi həyatımızın mühüm hadisələrini ilin müəyyən aylarında həyata keçirməyin daha uğurlu olacağını göstərir. Bəs buna əsasən hansı işi hansı ayda görmək lazımdır?

Yanvar: İş müraciəti üçün ən yaxşı vaxt

Yeni ildə yeni bir işə başlamaq arzusu yanvar ayında Google-da iş axtarışlarının çoxalmasına səbəb olur. Lakin digər aylarla müqayisədə, bu axtarışların nəticəsində çox az adam iş üçün müraciət edir. Buna görə də yanvar ayı iş müraciəti üçün ən yaxşı ay hesab oluna bilər.

Yanvar-iyun arasındakı iş müraciətləri iyul-dekabr arasındakı dövrlə müqayisədə yüzdə 14 faiz daha azdır. Bu, universitet məzuniyyətinin yay aylarında olmasından qaynaqlanır. Beləliklə, payızda iş axtaranların sayı artır.

Bundan başqa, yanvar ayında məzuniyyətə çıxanların sayının az olması işə qəbul üçün verilən qərarın müddətini daha tezləşdirir. Şirkətlər o il həyata keçiriləcək işlər üçün ayrılan büdcəni də əsasən, bu ay dəqiqləşdirirlər.

İllik mükafatlar dekabr ayında qəbul edildiyindən çox insan işini dəyişdirmək üçün yanvar ayını gözləyir. Yəni, boş məşğulluq nisbəti bu ayda artır.

sürücüFotonun müəllifiGETTY IMAGES

Fevral: Avtomobilin sığortalanması üçün ən yaxşı ay

Britaniyada aparılan araşdırmalar avtomobil sığortalarının dekabr ayında ən yüksək həddə çatdığını göstərib. Qiymətlər yanvar ayında yenidən düşməyə başlayıb.

2016-cı ilin dekabrında hərtərəfli avtomobil sığortalanması orta hesabla 812 dollar olarkən, 2017-ci ilin fevralında bu rəqəm 685 dollara düşüb. Yəni, dekabrda avtomobil sığortası yüzdə 15 faiz daha baha başa gəlib.

Dekabr ayında sığorta haqqlarının artması, Yeni il səbəbiylə daha çox avtomobilin trafikə çıxması və soyuq hava şəraiti ilə əlaqələndirilir. Bu vəziyyət qəza riskini artırır.

Lakin araşdırmalar hansı ay olursa olsun, əvvəlki sığorta müddəti bitməzdən üç həftə əvvəl yenilənmənin ən uyğun qiymət almağı təmin edəcəyini göstərir. Sığorta müddəti bitməzdən əvvəl hərəkətə keçmək insanın tədbirli olmasının göstəricisi hesab edilir, yenilənməni son dəqiqəyə saxlamaq isə böyük risk kimi qəbul edilir.

gəlinFotonun müəllifiGETTY IMAGES

Mart: Evlənmək üçün ən yaxşı ay

ABŞ-da evlənmək üçün ən yaxşı mövsüm payız, İngiltərədə isə yaydır. Təbii olaraq, bu mövsümdə toy mərasimləri daha baha başa gəlir. Buna görə də, ən azından şimal yarımkürəsində yerləşən ölkələrdə yanvar, fevral və mart aylarında evlənməklə toy xərclərini azaltmaq olar.

Bu vəziyyət büdcədən başqa şeylərə də təsir edə bilər. ABŞ-da 3 min cütlük arasında aparılan araşdırmaya görə, toy xərcləri az olan cütlüklərin nigahlarının daha üzun müddət davam etməsi ehtimalı var.

hamiləlikFotonun müəllifiGETTY IMAGES

Aprel: Uşaq sahibi olmaq üçün ən yaxşı ay

Uşaq sahibi olmaq üçün ən mühüm amillərdən biri spermanın sağlamlığı və miqdarıdır. Bunların ən yüksək səviyyədə olduğu dövr isə yaz aylarıdır. ABŞ-da 29 min kişidən 17 il ərzində götürülən sperma nümunələrində hərəkətli sperma sayının yaz aylarında yüksək həddə çatdığı, yayda isə aşağı düşdüyü müşahidə edilib.

İsveçrədə 12 min kişi üzərində aparılan başqa bir araşdırmada da sperma gücünün yazda ən yüksək, yayda isə ən aşağı olduğu müəyyən edilib. Tək başına bu fakt hamiləlik şansını digər aylarla müqayisədə böyük ölçüdə dəyişdirən amildir.

musiqi dinləyən adamFotonun müəllifiGETTY IMAGES

May: Mühüm qərarlar qəbul etmək üçün ən yaxşı ay

Yanvar ayı şimal yarımkürəsində həyata dair mühüm qərarların qəbul edildiyi aydır. Ancaq araşdırmalar bunun yaxşı bir dövr olmadığını göstərir, çünki qış aylarında əhalinin yüzdə 10 faizi mövsümi depressiyadan əziyyət çəkir.

Əhvalımız pis olarkən riskdən yayınmaq meyli güclənir. Ciddi nəticələr yaradacaq qərarlar baxımından bu dövr yaxşı ola bilər. Lakin riskdən yayınmaq üçün qərar qəbul etməyi çətinləşdirəcək mühafizəkar bir yanaşma səmərəli olmaya bilər.

Bir araşdırma kart oyunları zamanı depressiyada olan iştirakçıların mükafat verəcək variantları xatırlamaqda çətinlik çəkdiyini, digər iştirakçılar qarşısında oyundakı şanslarının azaldığını göstərib. Depressiya halı insanı ziddiyətə və qeyri-sabitliyə sürükləyərək, seçim etməsini çətinləşdirir.

Buna görə də bir çox qərar qəbul etmək baxımından, bəlkə də günlərin uzun və daha müsbət bir ruh halının olduğu may kimi bir ayı gözləmək daha doğru olar.

xəstəFotonun müəllifiGETTY IMAGES

İyun: Xəstəxanaya getmək üçün ən yaxşı ay

Əlbəttə ki, xəstələnmək heç bir vaxt üçün yaxşı deyil. Ancaq bəzi aylar digər aylarla müqayisədə daha pis ola bilər. Qış ayları xəstəxanaya getmək üçün ən pis vaxt olsa da, iyul və avqust kimi yeni məzun olan həkimlərin xəstəxanaya axın etdiyi vaxtların daha riskli olacağını göstərən məlumatlar var.

Britaniyada təcili yardım xaric, vaxt təyinatı ilə xəstəxanaya gələnlərin sayının və əməliyyatların ən çox olduğu vaxt noyabr, fevral və mart aylarıdır.

Dünya miqyasında da qış aylarında bir çox xəstəliklərin çoxalması səbəbiylə xəstəxanaya gələnlərin sayı artır. Bu xəstəliklər arasında pnevmaniya, yaşlılarda astma və ürək çatışmazlığı yer alır. Xəstəxanaların çarpayı yeri dolduğu üçün boş çarpayı tapmaq ehtimalı azalır, təcili yardımda daha uzun müddət gözləmək lazım gəlir.

Kaliforniyada aparılan bir araşdırma isə yeni həkimlərin işə başladığı və işlərinin hələ dəqiqləşmədiyi yay dövründə qarşısı alına biləcək ağırlaşmalara məruz qalma riskinin yüzdə 90 faiz artdığını ortaya qoyub. ABŞ-da universitet xəstəxanalarında da iyul-avqust aylarında əməliyyat keçirən xəstələrin aprel və iyun ayı ilə müqayisədə 30 gün ərzində ölmək riskinin yüzdə 41 faiz artdığı bildirilir.

Həkimlərin məzuniyyətə çıxma ehtimalı artdığı üçün dekabr ayında da "iyul təsirinin" müşahidə edildiyi deyilir. Görünən odur ki, xəstəxanaya getmək üçün ən uyğun vaxt iyundur.

imtahanFotonun müəllifiGETTY IMAGES

İyul: İmtahan üçün ən uyğun vaxt

Çoxumuz imtahan vermək üçün vaxtı özümüz seçə bilmərik. Ancaq belə bir şans varsa və imtahanda ciddi diqqət lazımdırsa, yayın ortaları bunun üçün ən yaxşı vaxtdır. Bir araşdırmada beyin fəallığı və bilik bacarıqlarının il ərzində müəyyən bir dövrü təqib etdiyi müşahidə olunub.

İyirmi səkkiz gənc ilin fərqli vaxtlarında sınaqdan keçirilən zaman, onlarda diqqətin yayın ortalarında yüksək, qışda isə ən pis səviyyədə olduğu aşkar edilib. Lakin qısa müddətli yaddaş baxımından ən yaxşı göstərici payızda, ən pis göstərici isə yazda müşahidə edilib.

Günün uzunluğunun beyin fəaliyyətinə təsir göstərdiyi müşahidə edilsə də, tədqiqatçılar bunun fəaliyyəti barədə çox məlumata sahib deyillər.

Lakin mövsümlərlə bilik və bacarıqlar arasındakı əlaqəni araşdıran digər tədqiqatlarda fərqli nəticələr əldə olunub. Yaşı 13-19 civarında olan 182 norveçli gənc arasında aparılan araşdırmada mövsümlərin yaddaş, öyrənmək, reaksiya müddəti və ya problemi həll etmək bacarığı üzərində hər hansı bir təsiri olmadığı aydınlaşıb.

açarFotonun müəllifiGETTY IMAGES

Avqust: Ev almaq üçün ən yaxşı ay

ABŞ-da ev almaq üçün ən məhşur dövr yazın son iki, yayın ilk aylarıdır. Aprel, may və iyun satılan evlərin bazara ən çox daxil olduğu aylardır. Belə olan halda, alıcı sayı daha yüksək olduğu üçün ev qiymətləri artır.

Ən yüksək qiymətlər aprel ayında müşahidə olunub. ABŞ-ın 50 böyük şəhərində 2014-16-cı illər arasında ev qiymətləri nəzərdən keçirilən zaman ən aşağı qiymətlər yanvar və fevral aylarında qeydə alınıb. Ancaq bunda evin böyüklüyü və ya keyfiyyəti kimi başqa amillərin də təsiri olacağı bildirilir.

Mütəxəssislər qiymətlərin daha aşağı olması və variantların çox olması səbəbiylə ev almaq üçün ən uyğun vaxtın avqust və sentyabr olduğunu söyləyirlər.

körpəFotonun müəllifiTHİNKSTOCK

Sentyabr: Körpəni dünyaya gətirmək üçün ən yaxşı ay

Doğum günümüzü seçmək kimi bir şansımız yoxdur. Ancaq hamiləliyinizi ən xırda detallarına qədər düşünsəniz, körpəni sentyabrda dünyaya gətirməyi planlaşdırmağın uşağa xeyri baxımından müsbət olacaq. Tədqiqatçılar sentyabrda doğulan uşaqların imtahanlarda müvəfəqiyyətli olduğunu və ən yaxşı universitetlərə daxil olmaq şanslarının daha yüksək olduğunu göstərirlər.

ABŞ-da yaşı 100 və ondan çox olan 1600 nəfər arasında araşdırma aparılıb. Araşdırma sentyabr-noyabr ayları arasında doğulanların 100 yaşa qədər yaşamaq şansının artdığını və sonrakı yaşlarda ürək xəstəlikləri və diabet də daxil olmaqla, daha az sağlamlıq problemlərinin olduğunu ortaya qoyub.

birjaFotonun müəllifiGETTY IMAGES

Oktyabr: Birjada səhm almaq üçün ən yaxşı ay

Səhmlərin may-oktyabr aylarında daha zəif fəaliyyətdə, noyabr-aprel ayında isə daha güclü olmasına dair yayılmış faktlar var. Bu inanca görə, yazda səhmləri satmaq, qiyməti yüksəlməyə başlamazdan əvvəl -payızda isə satın almaq lazımdır.

1998-ci ildə aparılan və yüz illər əvvələ qədər gedib çıxan bir araşdırma bu inancın 37 bazarın 36-da doğru olduğunu təsdiqləyib.

ABŞ və Kanadada aparılan başqa bir araşdırmada da investorların yaz aylarında daha diribaş olduqları, payızda isə daha təmkinli davrandıqlarını ortaya qoyub. Bu investorlar payızda riskli səhmləri satmağa başlayan zaman qiymətlər düşdüyünə görə, bu riski gözə alan insanlar üçün uyğun sərmayə imkanları yaranır.

Qışın sonunda bazar normal vəziyyətə gəldikdə bu səhmlərin səmərəsi də təbii olaraq çoxalır. Lakin birjalara mövsümi dövrlərdən başqa da təsir göstərən amillər var. Yanvar ayı təsiri, tətil təsiri, ay sonu təsiri və başqa bu təsirlər kiçik miqyaslı səhmlər üzərində daha təsirli olur. Buna görə də, buradakı məlumatlar səhmlər almaq mövzusunda tövsiyyə kimi qiymətləndirilməməlidir.

pasaporFotonun müəllifiGETTY IMAGES

Noyabr: Pasport almaq üçün ən yaxşı ay

İlk pasport və yeniləmək məqsədilə müraciətin yekunlaşması tələbin artdığı dövrlərdə daha uzun vaxt tələb edir. ABŞ və Britaniya məlumatları, xüsusilə noyabr və dekabr aylarında daha az müraciət edildiyini göstərir. Yay hazırlıqları erkən başladığından rəqəmlər yanvar ayında yenidən artım göstərir.

avtomobilFotonun müəllifiGETTY IMAGES

Dekabr: Avtomobil almaq üçün ən yaxşı ay

ABŞ-da avtomobil satışları əvvəllər mart və may aylarında daha yüksək olurdu. Ancaq 2009-cu ildən bu yana dekabr ayı irəliyə keçib. Bu ay avtomobil satışı aylıq orta hesablamanın yüzdə 13 faizini təşkil edir. Bunda ilin sonundakı endirimlərin rolu olduğu deyilir.

ABŞ-da avtomobil salonları illik hədəflərini həyata keçirmək məqsədiylə ilin sonuna yaxın qiymətlərdə endirim edirlər. Bu endirimlər istehsalçının tövsiyə etdiyi qiymətin orta hesabla yüzdə 6,1 faizini təşkil edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ