SON DƏQİQƏ

Ölümə meydan oxumağın yolu tapıldı - Aclıq bədxassəli şişlərin qarşısını alırmış...

Tarix:8-05-2018, 00:17

Massaçuset texnoloji institutunun əməkdaşları apardıqları tədqiqat nəticəsində gün ərzində aclıq etmənin bağırsağın gövdə hüceyrələrinin qocalmasının qarşısını aldığını müəyyənləşdiriblər.

Yaş artdıqca bağırsağın regenerasiyası pisləşir. Bu da onu infeksiya üçün zəif salır, bədxassəli şişlərin əmələ gəlməsinə və başqa xəstəlikərin yaranmasına səbəb olur. Gövdə hüceyrələri mədə bağırsaq hüceyrələrinin tamamlanması və düzgün funksiya yerinə yetirməsində böyük rol oynayır.

Amerika alimləri bir gün ərzində laboratoriya siçanlarını yemləməyiblər və sonra onlardan bağırsağın gövdə hüceyrələrini çıxarıblar. Məlum olub ki, aclıq zamanı hüceyrələrin bəzi funksiyalarında dəyişiklik olub - onlar enerji almaq üçün qlükoza əvəzinə piy turşularının parçalanmasına keçiblər. Bu hal, onların fəaliyyəti və toxumaların ümumi regenerasiya qabiliyyətini yaxşılaşdırıb.

Massaçusetdən olan tədqiqatçılar mədə - bağırsaq xəstəliklərindən əziyyət çəkən yaşlı adamlara kömək edəcək dərman preparatı hazırlamaq məqsədilə bu halı daha ətraflı öyrənməyə çalışırlar.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ