SON DƏQİQƏ

Twitter: 'Parolunuzu dəyişin'

Tarix:4-05-2018, 22:26

Mayın 3-də Twitter sosial şəbəkəsi 300 milyondan çox istifadəçisini parollarını dərhal dəyişməyə çağırıb. Parolların proqram səhvi ucbatından, təsadüfən aşkara çıxdığı bildirilib.

Sosial media saytı hakerlərin aşkarlanmış məlumata çıxış əldə etməsi ehtimalının olmadığını desə də, istifadəçilərə məsləhət görüb ki, təhlükəsizlik naminə parollarını dəyişsinlər.

NEÇƏ PAROLUN AŞKARA ÇIXDIĞI BİLİNMİR

Twitter-in texnologiya üzrə rəsmisi Parag Agrawal bloq postunda yazıb ki, sosial şəbəkə parolları adətən, şifrəli saxlayır, yəni heç şirkətin öz əməkdaşları belə onları görə bilmir.

İllüstrativ foto
İllüstrativ foto

"Bu səhvi özümüz aşkarladıq, parolları sildik və bu proqram səhvinin bir daha təkrarlanmamsı üçün planlar gerçəkləşdiririk”, – o deyib.

San-Fransiskoda yerləşən internet şirkəti neçə parolun üzə çıxdığını açıqlamayıb.

"Aşırı ehtiyatlılıq səbəbindən sizdən parolunuzu dəyişməyi nəzərdən keçirməyinizi istəyirik. Bunun baş verməsinə görə çox üzr istəyirik”, – Agrawal deyib.

Bu insidentin baş verdiyi dönəmdə sosial media şəxsi bilgilərin qorunmasıyla bağlı xüsusi nəzarət altındadır. Bir müddət öncə Cambridge Analytica şirkətinin Facebook sosial şəbəkəsinin on milyonlarla istifadəçisinin məlumatını ələ keçirdiyi və ABŞ-da seçicilərə təsir göstərməkdən ötrü istifadə etdiyi üzə çıxıb.

Parollarla bağlı məlumat açıqlanan kimi Twitter-in səhmləri bir faiz ucuzlaşaraq 30,36 dollara düşüb.

ŞÜBHƏ VARSA...

Texnologiya industriyası üzrə təhlilçi Rob Enderle "Frans Pres” agentliyinə deyib ki, təhlükəsizliklə bağlı ictimaiyyətə xəbərdarlıq etmək, istifadəçiləri tədbir görməyə çağırmaq susub heç bir məlumatın oğurlanmadığına ümid bəsləməkdən yaxşıdır.

"Şübhə yaranıbsa, adamların parolu dəyişməsi daha yaxşıdır”, – Enderle deyib.

Təhlilçinin fikrincə, sadəcə, parolu dəyişmək xahiş olunduğuna görə adamların Twitter-dən gecəcəyi ağlabatan deyil.

"Səhvlərimizi dərhal etiraf edək, öyrənək və davam edək”, – bunu isə Twitter-in həmtəsisçisi, rəhbəri Jack Dorsey tvitində yazıb.

Twitter ötən həftə artıq ardıcıl olaraq iki rübdən gəlirlə çıxdığını açıqlayıb. Sosial şəbəkə ilin ilk üç ayında 61 milyon dollar qazandığını bildirib. Əsas səbəb də reklam gəlirlərinin və istifadəçi sayının artmasıdır.

Birinci rübün gəlirləri bir il öncəkindən 21 faiz artaraq 665 milyon dollara çatıb. Aylıq aktiv istifadəçi sayı isə ötən ilin sonundan 6 milyon nəfər artaraq 336 milyona yüksəlib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ