SON DƏQİQƏ

"Azərkosmos": “Milyonlarla insan iş yerini itirməli olacaq”

Tarix:15-12-2018, 13:04

Dünyada texnologiyaların inkişafı nəticəsində bir sıra peşələr və iş növləri aradan qalxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq.

 

Bunu "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında deyib.

R.Rüstəmov qeyd edib ki, elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Onun fikrincə, xüsusilə də internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir:

 

"Robortlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır. Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər”.

 

O əlavə edib ki, Azərbaycanda insan kapitalı gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazırdır: "Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə "Azərkosmos" ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz "Azərkosmos" komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq”.

Azərkosmosda aparılan işlər barədə də danışan R.Rüstəmov bildirib ki, ASC-də tədqiqatlar və inkişaf mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə gənclər peyklərin idarə olunması üçün proqram təminatları hazırlayırlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ