SON DƏQİQƏ

Vəlvələ kəndinin “su harayı”

Tarix:17-09-2020, 17:39

[media=https://studio.youtube.com/video/9hZ_khtK7MA/edit/basic]"Deyirlər ki, artezian vurulub, ancaq Vəlvələ kəndinin ərazisində hara vurulub, biz onu bilmirik”. Quba rayonunun Vəlvələ kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onların sözlərinə görə, prezidentin sərəncamı ilə kəndin susuzluq probleminin həlli üçün artezian quyusu qazılsa da, sakinlər həmin artezian quyusunun nə özünü tapa bilirlər, nə də suyunu... "10 dənə artezian Quba rayonuna ayrılıb, 10-dan 1-i də bizim Vəlvələ kəndinin payına düşüb. Biz bu barədə neçə dəfə icra hakimiyyətinə müraciət etdik, yenə də mümkün olmadı. Dedilər ki, nə vaxt növbəniz çatacaq, onda da quyunu qazarıq. Halbuki fakt cənab prezident bizim üçün bu artezianı ayırıb, amma biz ondan istifadə edə bilmirik. Hara vurublar, neyniyiblər, baş aça bilmirik” Sakinlər suyu Vəlvələ çayının sahilində fəaliyyət göstərən karyerlərdən gətirdiklərini, çox vaxt da nəğd pulla aldıqlarını deyirlər. "2 il 2 aydır ki, kənardan pul verib su gətiririk,pulla su alırıq. Su yoxdursa, hardan satırlar? Köhnə bələdiyyənin vaxtında dedilər ki, oktyabrda su olacaq. Oktyabrdan gəldi çıxdı marta, bələdiyyələr dəyişildi, ancaq yenə də həmin problemdi, yoxdu su, heç xəttdə su yoxdu. Nasosla da vurub, su ala bilmirik” Sakinlər də biz də, böyük səbrsizliklə kəndin su ilə təmin olunacağını gözləyirik.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ