www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Mehman Əliyevin evindən görüntülər

Mehman Əliyevin evindən görüntülər

Bölmə: Sosial
Mehman Əliyevin evindən görüntülər

“Turan” agentliyinin direktoru Mehman Əliyev bu gün məhkəmə qərarı ilə həbsdən buraxıldıqdan sonra Bakının Buzovna kəndindəki evinə yollanıb. Burda onu ailə üzvləri, yaxınları və dostları qarşılayıblar.
M.Əliyev avqustun 24-dən həbsdə idi. O, Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
1957-ci il oktyabrında 26-da Buzovnada anadan olan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.
Ailəlidir, bir qızı var.
Mehman Əliyevin evindən görüntülər
Mehman Əliyevin evindən görüntülər