SON DƏQİQƏ

Bakıda alçanın dənəsi 15 manata satılan bazardan REPORTAJ +

Tarix:27-12-2017, 22:05

Artıq yeni ilin qədəm qoymasına sayılı günlər qalıb.2018-ci ili qarşılayanda evlərdə bayram ab - havası yaratmaq üçün süfrələrimizin də bəzənməsi önəmlidir. 

İlk yollandığımız bazar "Yaşıl bazar” oldu. Adətən olduğu kimi, bayram ərəfəsində bazarlardakı süni qiymət artımından şikayətçi olan alıcılar və alıcı azlığından şikayət edən satıcılar bizimlə öz fikirlərini bölüşdülər.


 "Alıcılıq çox zəifdir. Camaatda pul nə gəzir gəlib ki, pomidor - xiyar alsın.  Qışda pomidor-xiyarı əlavə xərc hesab edirlər. Hamının "polka”sı eyni vəziyyətdədir”. 

Satıcı Vüqar bayramla əlaqəli olaraq alıcı sayında heç bir fərq olmadığını dedi. Vüqar meyvə -tərəvəz satır. O deyir ki, hələ özü də bayram üçün evə bir şey almayıb.

 
Ananasın üzünə də baxan yoxdur…


Bazara girər-girməz öncə göz oxşayan meyvələrin qiymətləri ilə maraqlandıq. Satıcıların sözlərinə görə, qiymətlərdə artım yoxdur, əksinə, əvvəlki aylara nisbətən bəzi meyvələrin qiyməti ucuzlaşıb. 

- Əsasən alma, nar və "mandarin” alınır. Xaricdən gətirilən meyvələr baha olduğu üçün təlabat yaxşı deyil. Amma narın qiymətində azca bahalaşma var ki, bu da bayramla əlaqəli deyil. Mövsüm başa çatır, artıq qıtlıqdır. Ona görə əvvəl 2 manata olan Göyçay narı, indi 3 manatadır. 

Satıcılar deyir ki, əvvəllər bayramlardan bayramlara satılan ananasa indi heç bayramda da yaxın durmurlar…


"Yaşıl bazar”da satılan meyvə-tərəvəzin qiymətlərinə nəzər salaq:


Xiyar -  2.50-5 manat
Pomidor -  2.50-3 manat
Bibər - 3 manat
Göyərti – 15-20 qəpik.
Boranı - 60 qəpik.
Soğan - 50 qəpik
Kartof -  1 manat
Üzüm - 5 manat
Alma - 1.50-2.50-4 manat
Heyva -  3 manat
"Mandarin” -  1.70- 2.50 manat
Armud – 3.50 man.
Əzgil -  4-5 manat
Xurma -  5 manat
Kivi - 3 manat
Ananas- 7 manat (1 ədəd)


Qeyd edək ki, bazarda alçanın bir dənəsi 15 manat idi. Satıcı deyir ki, alçanın 1 kiloqramı təxminən 4.500 manata başa gəlir.


"Əsasən hamilə qadınlar üçün gəlib alırlar. 3 ədəd alan da olur, 5 ədəd alan da… İndi cəmisi 2 dənə alçamız qalıb”,-deyə alça satıcısı söylədi.


Badımcanın qiyməti isə 2.50 manat olmasına baxmayaraq, satıcı Məmməd dayı deyir ki, bura bazardısa, deməli, burada hər şey danışıqdan keçir. 

"O yan – bu yan olanda badımcanı 1.50-yə, lap elə 1 manata da sata bilərik”.

Satıcı Elşən isə belə demək mümkündürsə, "vaxtını öldürmək üçün” telefonla başını qatırdı. O deyir ki, indi Azərbaycanda orta təbəqə yoxdur.


"Aşağı təbəqələrin bayram bazarlığı etmək üçün imkanı çatmır. Yuxarı təbəqənin də bazarda nə işi var? Onlar indi bayramı xarici ölkələrdə, bahalı restoranlarda qeyd edirlər. Dekabrda bayramla əlaqədar heç nə artıra bilmədik, gəlir dəyişmədi. Getdikcə vəziyyət pisləşir”.


Quru meyvələr…


Quru meyvələr satılan yerlərdə arabir  turistlərin gəlib-getdiyinin şahidi olduq. Quru meyvə bazarında qiymətlərdə artım müşahidə olunurdu. Digərlərindən fərqli olaraq, satıcılar alverdən bir o qədər də şikayətçi deyildilər… 

Quru meyvələrdən daha çox qoz, fındıq, badam, şabalıdın satıldığını deyən satıcılar əlavə etdilər ki, bazarda turistlərin ən çox gəldiyi yerlər də məhz onların dükanlarıdır. Turistlər əsasən çayla içmək üçün şirnilər, quru meyvələr, ərəblər isə daha çox müxtəlif qarışıqlı quru çay və zəfəran alırlar. Zəfəranın 1 qramı 5 manatdır. Onlar deyir ki, turistlərə qiymətləri bir qədər baha oxuyurlar.


Qiymətlər:

Qoz ləpəsi – 18-25 manat
Qoz – 14 manat
Fındıq -  7-8 manat
Şabalıd – 10 manat 
Badam – 8-10 manat
Fıstıq – 25 manat
Ağ kişmiş – 8-10 manat
Qara kişmiş – 8-16 manat
Ərik qurusu – 8-10 manat


Düyünün qiymətində artım müşahidə olunmur. Alıcı isə çox azdır. Gündə 5-10 alıcı olar, ya olmaz. Əvvəl də düyünün qiyməti 3-3.50 manata idi, elə indi də. Amma xarici məhsul olduqda baha satılır. Alıcılar isə yerli məhsula üstünlük verirlər. Qeyd edək ki, bazarda kiloqramı 5-6-7 manata da düyü tapmaq mümkündür.


65 yaşlı alıcı Nəsibə xala " bu pensiya ilə nə yeyib-içəcəm ki, mənə bayram da olsun” deyərək şikayətləndi:

"Oğlum yoxdu. 3 qızım var, ərdədirlər. Hamının öz ailəsi, öz dərdi-səri var. Mən də 130 manat pensiya alıram”.


Qeyd edək ki, yollandığımız "8-ci kilometr” bazarında qiymətlər "Yaşıl bazar”a nəsbətən ucuz idi. Oradaki qiymətlər ortalama 1 manat "Yaşıl bazar”dakından aşağıdır. Alıcılar da daha çox gözə dəyirdi...


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ