www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Gələn il bu qəzetlər maliyyələşdiriləcək – KİVDF yeni siyahı açıqladı


Gələn il bu qəzetlər maliyyələşdiriləcək – KİVDF yeni siyahı açıqladı

Bölmə: Sosial
Gələn il bu qəzetlər maliyyələşdiriləcək – KİVDF yeni siyahı açıqladı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
1. Fondun 2017-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi;
2. Cari məsələlər.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2016-cı ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən – Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Faiq Qurbanov Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
2017-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
1.
“Kaspi” qəzeti 60 000
2.
“Yeni Azərbaycan” qəzeti 60 000
3.
“Səs” qəzeti 60 000
4.
“Mövqe” qəzeti 60 000
5.
“Ədalət” qəzeti 60 000
6.
“525-ci qəzet”
60 000
7.
“Bakı-Xəbər” qəzeti 60 000
8.
“Yeni Müsavat” qəzeti 60 000
9.
“Kaspiy” qəzeti 60 000
10.
“Ekspress” qəzeti 60 000
11.
“Palitra” qəzeti 60 000
12.
“Paralel” qəzeti
40 000
13.
“Həftə içi” qəzeti 40 000
14.
“Azad Azərbaycan” qəzeti 40 000
15.
“Şərq” qəzeti 40 000
16.
“Xalq Cəbhəsi” qəzeti\ 40 000
17.
“Futbol+Qol” qəzeti
40 000
18.
“Bizim Yol” qəzeti 40 000
19.
“Olaylar” qəzeti 40 000
20.
“Novoye Vremya” qəzeti 30 000
21.
“Futbol+” qəzeti\ 30 000
22.
“Üç Nöqtə” qəzeti 30 000
23.
“Azernews” qəzeti
30 000
24.
“Unikal” qəzeti 20 000
25.
“Olimpiya Dünyası” qəzeti
20 000
26.
“Oxu məni” qəzeti 20 000
27.
“Reytinq” qəzeti 9 000
28.
“Təhsil Problemləri” qəzeti 9 000
29.
“The Business Times” qəzeti 9 000
30.
“Hərbi And” qəzeti 9 000
31.
“Türküstan” qəzeti 9 000
32. “İqtisadiyyat” qəzeti 9 000
33.
“Hürriyyət” qəzeti 9 000

CƏMİ
33 Redaksiya1.223.000