www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Bakıda tikilən sosial mənzilləri kim ala bilər? SIYAHI

Bakıda tikilən sosial mənzilləri kim ala bilər? SIYAHI

Bölmə: Sosial
Bakıda tikilən sosial mənzilləri kim ala bilər? SIYAHI
Artıq kompleksin ərazisində 9 mərtəbəli yaşayış binasının və məktəbin tikintisi aparılır. Üstəlik, 2019 cu ildən etibarən hər il, 3 min sosial mənzilin təhvil verilməsi nəzərdə tutulur. Kimlər burada mənzil sahibi ola bilər?

Belə layihələrdə evlərin satılması zamanı gənc ailələrə üstünlük veriləcək. Belə ki,

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

- Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxs;

Bundan başqa gənc ailə olub olmamasından aslı olmayaraq

- ən azı 15 il dövlət qulluğunda qulluq edən;

- ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları

- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan.

- elmlər doktoru elmi dərəcəsi olan;

şəxslərdə bu layihədə məznil almaq hüququna malikdirlər.

Sosial evlər üçün müraciət elektron hökümət portalından 2017 ci ilin mayın 1-dən etibarən həyata keçiriləcək. Hər il 3 min belə mənzilin təhvil verilməsi gözlənilir ki, bu illik təlabatın 10 faizi deməkdir.

Belə binalarda mənzil əldə edən şəxslər həmin mənzilləri 3 il ərzində nə sata, nə də kirayə verə biləcəklər. (“Xəzər TV”)