www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Sosial evlərin inşası mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Sosial evlərin inşası mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Bölmə: Sosial
Sosial evlərin inşası mənzil bazarında qiymətlərə necə təsir edəcək?
"Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası mənzil bazarına necə təsir edəcək? Ucuz qiymətə satılacaq mənzillər digər tikinti şirkətlərini də qiymətləri endirməyə vadar edə bilərmi?

Əmlak eksperti Ramil Osmanov deyir ki, 5 il ərzində tikilməsi nəzərdə tutulan mənzillərın sayı mənzil bazarında 1 aya satılan həcmə bərabərdir.

Xezerxeber.az bildirir ki, digər tərəfdən, uyğun qiymətə satılan mənzilləri alıb başqasına satmaq mənzil bazarına hansısa təsir edə bilər. Amma buna da qanunvericilik imkan vermir.

Digər əmlak eksperti Nüsrət İbrahimov da ucuz mənzillərin bazardakı qiymətlərə hansısa formada təsir edəcəyinə inanmadığını deyir.

Ekspert hesab edir ki, banklardan illik 10 faizlə biznes krediti götürüb mənzil inşa edən şirkətlər indi Sahibkarlığa Kömək Milli Fondu və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və kredit dəstəyi ala biləcəklər ki, bu da tikinti sektorunda canlanma yaradacaq.