SON DƏQİQƏ

Facebook istifadəçiləri xəbər lentinə 'əl gəzdirə' biləcəklər

Tarix:19-12-2017, 19:34

Facebook şirkətinin araşdırmaçıları Devid Ginzberq və Moyra Burke hesab edirlər ki, sosial şəbəkədədən necə istifadə etməsi insanın ovqatına ciddi təsir edir.

Məsələn, sosial şəbəkədəki xəbər lentini oxumaq insanı depressiyaya sala, dostlarla ünsiyyət isə insanın əhval-ruhiyyəsini yüksəldə bilir.

Facebook-un bloqunda çap edilən məqalə konkret araşdırmaya əsaslanır.

Sosial şəbəkənin istifadəçilərindən iki qrup formalaşdırılıb.

Onlardan biri gün ərzində 10 dəqiqə xəbər lentini oxuyub, digəri isə dostları ilə ünsiyyətdə olub, postlar edib və xoşu gələn postları bəyənib.

Məlum olub ki, ikinci qrupun ovqatı günün sonunda daha yaxşı olub. 

Bu arada Facebook elan edib ki, istifadəçilərə xəbər lentini redaktə etmək imkanı yaradılacaq.

Tezliklə Facebook-da bununla bağlı ayrıca funksiya olacaq.

Snooze seçimindən istifadə etməklə konkret şəxslərin postlarını 30 günlük "ban" etmək mümkün olacaq - eyni zamanda onları dostlar siyahısından çıxarmağa ehtiyac olmayacaq.

Facebook-un ingilisdilli versiyasında bu funksiya artıq işə salınıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ