www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Ən çox şikayətlər Bakcell və Azercell-dəndir”- Təşkilat sədri mobil operatorları kəskin TƏNQİD ETDİ


Ən çox şikayətlər Bakcell və Azercell-dəndir”- Təşkilat sədri mobil operatorları kəskin TƏNQİD ETDİ

Bölmə: Sosial, Xəbər Lenti
Ən çox şikayətlər Bakcell və Azercell-dəndir”-  Təşkilat sədri mobil operatorları kəskin TƏNQİD ETDİ
"Dəfərlərlə İqtisadiyyat nazirliyinə müraciət etmişəm. Keçən ilin mart ayının 14-də mobil operatorların nümayəndələrinin, Rabitə və Yüksək Texnologiyalar nairliyinin rəsmilərinin iştirak etdiyi tədbirdə istehlakçı hüquqlarının pozulması ilə bağlı tutarlı faktları onlara təqdim etmişəm. Təəssüf ki, hələ də radikal dəyişikliklər yoxdur”. Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O qeyd edib ki, ən çox şikayətlər Bakcell-dən və Azercell-dəndir: "Bizim təşkilata ən çox Azercell və Bakcel abunəçiləri istehlakçı hüquqlarının pozulması ilə bağlı müraciət edirlər. Əsas şikayətlər yersiz smslərin göndərilməsi, hesablarından pul oğrulanması, təklif olunan internet sürətinin zəif olması ilə bağlıdır. Hüquqları pozulan istehlakçılar daha sonra qeyd edirlər ki, xarici ölkərlə gedərkən guya hansısa xidmətə qoşulduqları adı ilə hesablarından pul çıxılır. Hesab edirəm ki, bazara yeni operatorlar girmləlidir. Kifayət qədər böyük rəqabət olmalıdır ki, insanlar yararlana bilsinlər. Yeni mobil operatorların yaranmamasının müxtəlif səbəbləri var. Bazarın kiçik olması, monopoliya amili yeni mobil operatorların yaranmasına əngəl törədən məqamlardandır”. E.Hüseynov bildirib ki, "hökumətin qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün mobil operatorların imkanları aşağıdır: "Mobil operatorlar vasitəsi ilə ölkədə maliyyə sahəsində bir çox islahatlar həyata keçirilməli idi. Elektron pulun yaradılması, insanların mobil telefonlar vasitəsi ilə ödəniş edə bilmələrinin təmin olunması məsələsi gümdəmdə idi. Lakin mobil operatorların istehlakçıları aldatması, onların hüquqlarını intensizv olaraq pozması ortadakı etibarı itirdi. Hökumət qarşısında strateji məsələ qoyub ki, bu operatorlar vasitəsi ilə idarə olunan elektron pullardan istifadə edilsin. Təəssüf ki, mobil operatorlar hökumətin bu etimadını doğrultmaq vəziyyətində deyillər. Əhalinin hüquqlarının pozulması daim davam edir. İstehlakçıların hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı mobil operatorlarla bacarmır. Nəticədə də insanların mobil opertorlara olan inamı azalır. Hökumətin qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün mobil operatorların imkanları aşağıdır”.