SON DƏQİQƏ

"Kirayə pulu verim, işıq-qaz pulu ödəyim, yemək alım, yoxsa balama pul göndərim - bilmirəm..."

Tarix:18-05-2020, 12:26

Kifayət Tarıverdiyeva təxminən bir il öncə 8 yaşlı övladını bacısının ümidinə qoyaraq Bakıya iş tapmaq, çörəkpulu qazanmaq üçün gəlib.

Lakin indi çoxları kimi koronavurisla mübarizə tədbirləri bu 27 yaşlı Cəlilabad sakinini də gəlirsiz qoyub.

Aprel ayından etibarən Azərbaycan hökuməti koronavirusla mübarizə tədbirləri nəticəsində işsiz və işini itirmiş və ya maddi vəziyyəti çox ağır olan vətəndaşlara 190 manat məbləğində birdəfəlik yardım verməyə başlayıb.

Kifayət xanım deyir ki, o bu yardımı da ala bilməyib.

Kifayət Tarıverdiyeva 190 manatlıq birdəfəlik yardımı ala bilməyən yeganə vətəndaş deyil. Bu gün bir çox maddi durumunun aşağı olduğunu bildirən vətəndaşlar bu yardımı ala bilməməkdən şikayətçidirlər.

Onların bir çoxu Məşğulluq mərkəzlərinin və ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müxtəlif qurumlarının önünə toplaşıb suallarına cavab axtarır.

Bəs, ehtiyacı olanlar vətəndaşlar birdəfəlik yardımı niyə ala bilmirlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov deyir ki, "vətəndaşın müraciətinə avtomatik baxılıb, cavab verilir. Bu isə bir-birinə inteqrasiya olunmuş müxtəlif dövlət qurumlarının sistemi əsasında mümkündür".

Onun sözlərinə görə, "bütün hallarda qərardan narazı vətəndaşlar ərizə ilə müraciət edirlər və bu ərizələrin hər birinə cavab verilir".

"Vətəndaşlar məsuliyyətli olmalıdır, onlar öz real vəziyyətləri ilə hüquqi statuslarını sinxronlaşdırmalıdırlar. Dövlət orqanlarının burada nə günahı var? Bu hal vətəndaşlara bir dərs olacaq ki, öz hüquqi vəziyyətlərini qaydasına qoysunlar".

Nazirlik bildirir ki, bu günə qədər 600 min şəxsə birinci ayın ödənişi tam təmin edilib. İkinci ayın ödənişləri isə mayın sonunadək ödənilib başa çatdırılacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ