SON DƏQİQƏ

Pensiyalar artır: Nə qədər alacaqsınız?

Tarix:6-02-2020, 23:45

Azərbaycanda bütün növ əmək pensiyalarının orta aylıq məbləği prezident sərəncamı ilə artırılır.

Artım barədə qərar bu gün verilsə də, yanvarın 1-dən hesablanacaq və fevral ayının pensiyaları ilə birgə ödəniləcək.

Yəni bundan sonra bütün növ əmək pensiyalarının orta pensiya məbləği 16,6 faiz artırılaraq 300 manat olacaq. Bundan əvvəl orta pensiya məbləği 262 manat idi.

Artımdan sonra bəzi pensiyaların məbləğlərinin nə qədər artacağını hesablamışıq.

Hazırkı məbləğ Artım məbləği Alacağınız məbləğ
200 AZN 33,2 AZN 233,2 AZN
250 41,5 291,5
270 44,8 314,8
280 46,4 326,4
300 58,1 408,1
400 66,4 466,4

Bundan öncə Milli Məclisdə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub.

Hazırkı artım 1 milyon 120 minə yaxın şəxsi, yəni təqaüdçülərin 93 faizini əhatə edir.

Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.

Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ