SON DƏQİQƏ

Beş azyaşlı uşaq anasının hökumətə sualı...

Tarix:11-12-2017, 16:08

Regionlarda qeyri-neft sektorunun durumu, ölkədə sərmayə mühiti və Suraxanı rayonunda kompensasiya narazılığı medianın aparıcı mövzularındandır.

«Yeni Müsavat» qəzetində «Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb»sərlövhəli yazı oxumaq olar. Yazıda bildirilir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində 24 saylı yataqxanada yaşayan ailələr yerli icra hakimiyyətindən narazılıq edirlər:

«1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşüb, icra hakimiyyəti ailələri köçürməyi planlaşdırır. Lakin sakinlər mənzilləri üçün kompensasiyanın azlığından narazıdırlar».

Yazıda vurğulanır ki, qəzalı binada durum acınacaqlıdır. 1960-cı illərdə inşa edilən yataqxana tipli bu binada 71 ailə məskunlaşıb, 51 ailə artıq köçürülüb. Qalan 20 ailə təklif edilən 35 min manat kompensasiya ilə razılaşmır. Sakinlər iddia edir, kompensasiya düzgün hesablanmır.

«İndi köçməyən ailələri azyaşlı uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarıb, söküntü aparmaq istəyirlər. Hökumətdən indiyə qədər nə torpaq, nə də ev almışıq», - deyə yataqxana sakinlərindən biri bildirib.

Müəllif vurğulayıb ki, yataqxanada məskunlaşan Göyçay rayon sakini Günay Əhmədova 5 azyaşlı övladı ilə birgə mənzilindən çıxarılıb, əşyaları küçələrə tökülüb. Yazıda bildirilir ki, indi onlar köçürülən ailələrdən birinin boş otağına sığınıblar. Amma ailənin orada da yaşamasına icazə verilmir.

«İcra nümayəndələrinə deyirəm ki, mən 5 uşaqla hara gedim? Deyirlər ki, bizlik deyil, hara gedirsən, get..», - həmin qadın deyib.

Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Barxudar Barxudarov isə köçmək istəməyənləri əsassız tələblər səsləndirməkdə qınayıb:

«Elə ailə var ki, bir otaqda məskunlaşıb, lakin həm oğlu, həm də özü üçün ayrıca kompensasiya tələb edir. Demişik ki, əgər verilən kompensasiya ilə razı deyillərsə, məhkəməyə müraciət etsinlər».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ