www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » İstehlak krediti sahibləri sosial “yardım ala biləcək”


İstehlak krediti sahibləri sosial “yardım ala biləcək”

Bölmə: Sosial
İstehlak krediti sahibləri sosial “yardım ala biləcək”
Səlim Müslümov deyib ki, yardıma elektron şəkildə müraciət ediləcək.
Əhalinin sosial müdafiəsi naziri kredit öhdəliyinə görə sosial yardımın alınmasına dair tətbiq edilən məhdudiyyətlərin ləğv olunacağını bildirib.
Səlim Müslümov bildirib ki, yeni qərar vaxtilə istehlak kreditləri götürərək onu qaytarmaq imkanında olmayan aşağı gəlirli təbəqəyə aid edilir.
İndiyə qədər qüvvədə olan ünvanlı sosial yardımla bağlı qanuna əsasən, kredit öhdəliyi olan vətəndaşlara ünvanlı yardım verilməkdən imtina olunurdu, çunki onlar yoxsul sayılmırdı, iqtisadi təhlilçi deyir.
Rövşən Ağayevin sözlərinə görə, bəzi şəxslər istehlak kreditləri götürsələr də, onu odəyə bilməyiblər və onlar da yoxsul "təbəqə sayılacaqlar və onlara yardım verilə bilər".
"Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq, ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər", - Səlim Müslümov bildirib.
Nazir deyib ki, yardıma elektron şəkildə müraciət ediləcək. "Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi və yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq".
BBC Azərbaycancaya danışan Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov, Sosial Müdafiə nazirliyinin təşəbbüsünün müsbət qarşılandığını deyib.
O deyib ki, bu manatın dəyərdən düşməsidən sonra sosial müdafiə istiqamətində atılan addımdır və belə addımlardan biri də maaşların 10 faiz qaldırılması barədə sərəncam olub.