SON DƏQİQƏ

Pensiyaçı müəllim səhər bağbanlıq, axşam repetitorluq edirsə…(VIDEO)

Tarix:6-12-2019, 15:51

İqtisadi təhlilçi Toğrul Maşallı təklif edir ki, müəllimlər və həkimlər də ən azı deputatlar qədər pensiya alsınlar. Onun fikrincə, indiki pensiya sistemi ədalətli deyil və belə bir addımın atılmasına ciddi ehtiyac var.

Belə ki, "Əmək pensiyası haqda” qanunda dövlət qulluqçuları, hüquq mühafizə orqanları işçiləri, deputatlar və digərlərinə müxtəlif imtiyazlar və güzəştlər tanınır. Yəni, tutalım təqaüdə çıxan deputat, staja görə deyil, onun pensiyaya çıxdığı vaxt qüvvədə olan deputat maaşının 80 faizi qədər pensiya alır.

Başqa sözlə, ömründə bircə dəfə deputat olmuş şəxs, 10 il sonra pensiyaya çıxanda həmin vaxt deputatın maaşı məsələn, 3 min manat olsa, həmin keçmiş deputat da 2400 manat aylıq pensiya alacaq.

İndiki pensiya sistemi ölkədəki ədalətsizlikdən xəbər verir

Elə hazırda pensiyada olan deputat indiki deputatın maaşının 80 faizi qədər təxminən 1100 manat pensiya alır. Bu da Azərbaycanda indiki orta əmək pensiyasından hardasa 4 dəfə çoxdur. Azərbaycanda 2019-cu ilin oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən olunub.

Toğrul Maşallının fikrincə, belə bir pensiya sistemi ədalət prinsipini tamamilə pozur:

"Dövlət qurumlarında işləyirsənsə, dövlət qulluqçusu statusuna maliksənsə belə imtiyazların var, əks oldan bundan mərhumsan. Nəticədə də əhalinin böyük hissəsinin pensiyası daha aşağı, müəyyən qrupların isə əksinə pensiyaları çox yuxarı olur. Fikrimcə, bütün sistem bərabər imkanlar üzərində qurulmalıdır”.

 

 

44 ilin riyaziyyat müəllimi 66 yaşlı Ənvər Ağamalızadə 1 ildir təqaüdə çıxıb. Ayda 256 manat pensiya alır. Deyir ki, bu onun dolanışığına bəs etmir deyə, repetitorluq edir, şəhərdəki parklardan birində bağban kimi çalışır:

"Düzdür bağban kimi işləsəm də, sağ olsunlar məni qiymətləndirirlər. Əllərimin qədrini bilirlər. Sonra axşam evə şagirdlərim gəlir, onları ali məktəbə hazırlayıram”Fazil Mustafa deyir ki, 125 deputatın məsələsi asandır

Millət vəkili Fazil Mustafa da razılaşır ki, Azərbaycanda, xüsusilə müəllimlərin pensiyası aşağıdır. O düşünür ki, bəzi peşə sahiblərinə də imtiyazlar tanınsa, bu vətəndaşın sosial vəziyyətini xeyli yüngülləşdirər. Amma əlavə edir ki, bu büdcə üçün ciddi yük ola bilər, ona görə də gerçəkləşdirilməsi çətindir:

"125 nəfərlə bu problemi həll etmək olur, müəllimlərin sayı min olsaydı onu da etmək olardı. Amma burada söhbət on minlərlə insandan gedir. Büdcə gəlirləri artarsa, bəlkə gələcəkdə tikinti, infrastruktur kimi sahələrdən kəsib, bu sahəyə ayırmaq olardı”.Bir neçə ay öncə Əmək və Əhalinin Sosial Müdaifəsi naziri Sahil Babayev bildirmişdi ki, 2020-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır.

Başqa sözlə, hələ artımlardan sonra ölkə üzrə orta əmək pensiaysı bir deputatın pensiyasından azı 3 dəfə aşağı olur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ