SON DƏQİQƏ

Yanvardan pensiyalar bu qədər ARTACAQ

Tarix:13-11-2019, 15:19

"Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Nazirliyin tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında çıxış edən Himalay Məmişovun sözlərinə görə, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir.

"Gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

H.Məmişov hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcəyini söyləyib. Onun sözlərinə görə, pensiya ödənişləri müəyyən qrafik əsasında həyata keçirilir. Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikdə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir.

"Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ