SON DƏQİQƏ

Dəmir qadının sevdiyi peşəsi: “İnsanlar məni görəndə məəttəl qalırlar...”-FOTOLAR

Tarix:20-11-2017, 21:06

Yaxşı deyiblər ki, "Aslanın erkəyi-dişisi olmaz. Dəmir qadın adını daşıyan Aksana artıq  10 ildən çoxdur ki, dəmirçilik edir. Əvvələr metaldan dəmir köşkləri və heykəllər düzəldən qadın, indi yemək dəstləri hazırlayır. Aksana Kirilyuk əslən Belarusun Molodeçno şəhərindəndir. Dəmir qadın heç vaxt dəmirçilik peşəsi barədə belə düşünməyib. Onun planı isə ya dənizçilik akademiyasına, dillər universitetinə ya da incəsənət akademiyasına daxil olmaq olub. Amma hər şey sonradan dəyişib. 
 
1990-cı ildə Beynəlxalq İqtisadi Əlaqələr universitetinin məzunu kimi zavoda işə gələn qadın orda heç nəyin dəyişmədiyini, onun bildiyi yeni şeylərin zavodda tətbiqinin mümkünsüz olduğunu görür. Zavoddakı iş onun ürəyincə olmadığından oaradan uzaqlaşır. Bir müddət rəqs məktəbi açır. Bu iş də onu qane etmir. Günlərin bir günü dəmirçilik sənəti ilə tanış olur. Bununla da özünü tapdığını deyən qadın hər şeyin ürəyincə olduğu qənaətindədir.

 Dəmir qadının sənəti ilə tanış olanlar isə, Aksananın bu işinə məttəl qalırlar. Moderator.az xarici mediaya istinadən adı çəkilən dəmirçi qadının fotolarını təqdim edir. 







скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ