www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Azərbaycanda nəqliyyat tarifləri yenə artdı

Azərbaycanda nəqliyyat tarifləri yenə artdı

Bölmə: Sosial
Azərbaycanda nəqliyyat tarifləri yenə artdı
2015-ci ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Komitənin verdiyi xəbərə görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə edilməyib.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1 faiz bahalaşma qeydə alınıb, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.