SON DƏQİQƏ

"Dövlət niyə maraqlanmır ki, bu uşaq 18 yaşına qədər necə böyüyür?!" - 11 uşaq atası

Tarix:20-02-2019, 10:32

Bərdə rayonunun Qarağacı kəndində yaşayan 11 uşaqlı Həsənovlar ailəsi uzun illərdir yoxsulluqdan qurtarmaq istəyir, amma hələ bir yana çıxa bilmir.

Əslən Kəlbəcərdən olan Şəmil Həsənov 1986-cı ildən bu kənddə yaşayıb özünə ev-eşik, gün-güzəran yaratmaq istəyib.

O, qoyunçuluqla məşğul olmaq üçün Özünüməşğulluq Dövlət Proqramı əsasında təlim keçib.

Hazırladığı biznes-plan bəyənilib, amma hələ də ona vəd edilən dəstəyi ala bilmir. Ailə sosial yardım almaqda da çətinlik çəkir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, Şəmil Həsənova hazırladığı biznes-plana uyğun qoyunçuluq təsərrüfatını yaratması üçün qoyun veriləcək.

Ailənin sosial yardım ala bilməməklə bağlı şikayətlərilə bağlı isə nazirlik deyir ki, şikayət araşdırılıb.


Nazirlik deyir ki, Şəmil Həsənovun şikayəti hazırkı dövrə deyil, 2016-cı ilin sonlarına aiddir.

Vətəndaşın iddia etdiyi rüşvət tələb edən şəxs nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayonu şöbəsində son illərdə işləməyib, ƏƏSMN-in məlumatında deyilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ