SON DƏQİQƏ

Deputatlar pensiyalarla bağlı artımı təsdiqlədi - Martın 1-dən qüvvəyə minəcək

Tarix:19-02-2019, 13:17

"Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O, qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq: "Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə, əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

 

Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ