Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.

Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.

MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir”.

Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər