SON DƏQİQƏ

VIDEO - "Hər gün bir şey çıxarırlar. İndi də yeni məktəbli forması..."

Tarix:6-12-2018, 22:54

Kurikulum, ağır kitablar, yeni forma tələbləri, psixologiya dərsləri... Bakı sakinləri məktəb təhsilində nələri dəyişmək istədiklərini danışıb.

Millət vəkilləri çərşənbə axşamı günü elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsini müzakirə edib və layihə müzakirə üçün plenar iclasa tövsiyyə olunub.

Layihədə deyilir ki, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlar qızıl və ya gümüş medalla təltif edilir və beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri isə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilərlər.

Bu layihə qəbul olarsa, məktəblər əlavə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər) də məşğul ola bilər.

Onlarla Günel Səfərova və Aygül Mehman danışıb.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ