SON DƏQİQƏ

'7 dəfə baha kreditlər'-Media icmalı

Tarix:22-10-2018, 13:15

Azərbaycanın Türkiyədə inşa etdiyi «Star» neft emalı zavodunun fəaliyyətə başlaması, «ucuz depozit-baha kredit», təhsilin repetitorluqdan asılılığı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Ucuz depozit, baha kredit»

«Yeni Müsavat» qəzetində «Banklar bir vətəndaşdan aldıqları pulu digər vətəndaşa 7 dəfə baha satırlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkə banklarında kredit verilməsinin qaydaları ekspert Vüqar Bayramovla müzakirə edilib.

Müəllif hesab edir ki, 2018-ci ilin əvvəlindən etibarən bank sektorunda müsbətə doğru bir irəliləyiş müşahidə olunur: «Həm kommersiya banklarının kapitalının qismən artması, həm də depozit və kredit portfelində müəyyən qədər irəliləyişlərin olması bank sektoru üçün kritik dönəmin geridə qaldığını deməyə əsas verir. Bəzi banklarda vəziyyət ağır olaraq qalsa da, sistem əhəmiyyətli bankların əksəriyyəti bu il kredit təkliflərini artırdı».

«İqtisadi və Sosial İnkişaf Mərkəzi»nin rəhbəri V.Bayramov isə qəzetə deyib ki, hazırda banklar daha çox istehlak kreditləri verməkdə maraqlıdırlar: «Kreditin strukturuna, eləcə də kredit faizlərinə diqqət yetirsək, burada bir neçə məqamda problem olduğunu qeyd edə bilərik».

V.Bayramov hesab edir ki, əsas məsələ bankların real sektoru maliyyələşdirməsidir. Amma onun fikrincə, buna maraqlı görünmürlər.

Ekspert başqa tərəfdən bankları çox aşağı faizlə əmanət götürüb ondan dəfələrlə yüksək faizlə kredit verməkdə tənqid edir. O vurğulayıb ki, Azərbaycanda manat üzrə qorunan əmanət faizləri 5, xarici valyuta üzrə isə 3 faizdir.

Ekspert habelə deyib ki, banklardan həm xarici valyuta, həm də manatla olan kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir: «Manat üzrə istehlak kreditlərinin faizləri bəzi hallarda 29 faizə qədər yüksəlir, söhbət sistem əhəmiyyətli bankların təklif etdiyi kreditlərdən gedir. Çox təəssüf ki, banklar bir vətəndaşdan aldığı pulu digər vətəndaşa bir çox hallarda 7 dəfə baha qiymətə satırlar


 
 

No media source currently available

0:000:01:09 0:00
 


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ