SON DƏQİQƏ

İş yerindəki gizli çirkli hava: bundan necə xilas olmaq mümkündür?

Tarix:22-10-2018, 13:05

İclas zallarında keçən uzun saatlar, havasızlıq, baş ağrısı və yorğunluq hissi bir çox ofis işçisinə yad deyil. Bəs qapalı məkanlarda hava keyfiyyətini yüksəltmək üçün nələr etmək olar?

Keyfiyyətli filtr sistemi yoxdursa, kondisioner də işə yaramayacaq: çöldəki çirkli hava dövriyyəyə daxil olacaq. Lakin bu məsələ ilə bağlı yüksək maarifləndirmə də yoxdur.

Çöldəki havanın keyfiyyətini az-çox fərq edirik, amma içəridəki hava üçün eyni şeyi demək olmaz. Mütəxəssislər bu mövzuya daha az diqqət yetirildiyi üçün məsələnin daha az nəzərə çarpdığı qənaətindədirlər.

Hava çirkliliyi məhsuldarlığı azaldır

Bu, çox əhəmiyyətli məsələdir. Çöldəki hava keyfiyyətinin pis olması ilə tənəffüs yolları infeksiyasından tutmuş ağciyər xərçənginə və ağciyərin xroniki obstruktiv xəstəliyinə (AXOX) qədər bir çox xəstəliklərlə əlaqəsi məlumdur.

"Lanset" tibb jurnalının apardığı bir araşdırmaya əsasən, pis hava keyfiyyəti səbəbiylə hər il 6,5 milyon insan vəfat edir. Hava keyfiyyətinin məhsuldarlığa mənfi təsir göstərdiyi bildirilir.

Bundan yayınmaq üçün insanların çoxu həll yolunu çölə çıxamamaqda görürlər. Lakin bu da düzgün deyil.

ABŞ-ın Ətraf Mühiti Qoruma Təşkilatına görə, qapalı məkanlardakı hava çirkliliyi çöldəkindən 2-5 dəfə artıqdır. Hətta ekstremal hallarda 100 dəfə artıq olduğu da müşahidə edilib.

hava kirliliğiFotonun müəllifiGETTY IMAGES
Image captionQapalı məkanlarda hava çirkliliyi çöldəkindən bir neçə dəfə artıq ola bilər

Çünki qapalı məkanlarda çöldəki havanı çirkləndirən amillərə yemək bişirmək, təmizlik məhsullarından çıxan qazlar kimi çirkləndirici maddələr də əlavə edilmiş olur.

"Lanset" jurnalına görə, iş yerindəki pis hava hər il 800 min insanın ölümünə yol açır. Bundan başqa "qeyri-sağlam bina sindromu" adlandırılan hal baş ağrısına və məhsuldarlığın azalmasına səbəb olur.

hava kirliliğiFotonun müəllifiGETTY IMAGES
Image captionHava çirkliliyi ən çox olan 20 şəhərin 14-ü Hindistandadır

Ən çirkli şəhərlər

Dünya Sağlamlıq Təşkilatının (DST) məlumatlarına görə, hava çirkliliyi ən çox olan 20 şəhərin 14-ü Hindistandadır. Çində də hava çirkliliyi mühüm bir problemdir.

Lakin mütəxəssislər Çinin qapalı məkanlarda hava keyfiyyətinə nəzarət etmək baxımından irəlidə getdiyini, bunun çöldəki hava çirkliliyinin yüksək olmasından da qaynaqlandığını söyləyirlər.

Hava təmizləmə cihazı satışlarının beş il əvvəllə müqayisədə iki dəfədən artıq artaraq bu ilin sonunda 7,5 milyona çatacağı gözlənilir.

İstehsalçılar tələbatı qarşılamaq üçün nanotexnologiya, enerji qənaəti, səs səviyyəsini azaltmaq kimi bir çox yeniliklərə müraciət edirlər.

hava kirliliğiFotonun müəllifiGETTY IMAGES
Image captionİş yerindəki pis hava keyfiyyəti səbəbiylə hər il 800 min insan ölür

Şirkətlər əhəmiyyətli işçilərini əldə saxlamaq və ya müştəri cəlb etmək məqsədilə də filtr taxdırıb hava keyfiyyətini yükəsəltməyə çalışır və bundan nəticə də əldə edirlər.

2009-cu ildə DST qapalı məkanlardakı hava keyfiyyətinin necə olmasına dair bir təlimat hazırlasa da, bu gün iş yerlərində bunların tətbiq edilməsini tələb edən tənzimləmələr yoxdur.

Bu mövzuda ABŞ və Böyük Britaniyada da qanuni tənzimləmələrdən çox təkliflərdən söz açılır.

Mütəxəssislər sərt qaydaların faydalı olacağından əmin deyillər. Lakin ofisdə fəaliyyət göstərənlər baxımından yaxşı xəbər odur ki, işə götürənlər getdikcə bu məsələ ilə bağlı daha çox addım atmağa başlayıblar. Hava təmizləmə filtrləri istehsal edən şirkətlər, xüsusilə, Asiya və Avropada artan tələbatdan danışırlar.

Hava təmizləyici addımlar

Ən zərərli çirkləndirici ünsürləri təmizləmək üçün iş yerinə filtr yerləşdirmək bu istiqamətdə atılacaq ilk addım ola bilər.

Bundan başqa karbon dioksid, azot dioksid və zərrəciklər zərərli səviyyəyə çatdığında xəbərdarlıq edən monitorlar vasitəsiylə hava keyfiyyətinə davamlı olaraq nəzərət edilə bilər.

NASA-nın apardığı araşdırmada müəyyən edilən hava təmizləyici bitkilər ofisə yerləşdirilə bilər.

Bu bitkilər aşağıdakılardır: Xrizantema, sülh çiçəyi, qırmızı şans bambuku, divar sarmaşığı, yukka çiçəyi, barberton çobanyastığı, salon palması, çəmən zanbağı, anthurium (flaminqo çiçəyi deyə də tanınır), epipremnum, benjamin, bambuk palması, aglonema, xlorofitum, nephrolepis, robelen palması.

Bunlara əlavə olaraq, Manchester-də mənzillənən Hilson Moran bina dizaynı şirkəti Beynəlxalq WELL İnşaat İnstitutunun möhürlü ofis mebeli ilə ofislərini təchiz edib.

Beləliklə, ofis mühitindəki boya, yapışqan, mebel və xalçanın illər ərzində parçalanıb havaya qarışan çirkləndirici ünsürlərindən azad olublar.

Belə ki, onlar Böyük Britaniya miqyasında WELL sınağını keçən üçüncü, Londondan kənarda isə ilk iş yeri olublar. Şirkət, keçmiş ofisində işçilərinə "standart işçi sağlamlığı sorğusu" keçirildiyində 650-ni ötən ofis binası arasında ən aşağıdakı yüzlüyün onluğunda yer alırdı.

Hava keyfiyyətini artırmaq məqsədini hədəfləyən yeni binaları ilə isə ən yuxarıdakı yüzlüyün iyirmiliyində yer tutublar.

İşçiləri bəlkə də hava keyfiyyətində bir fərq hiss etmirlər. Amma əvvəllər uzun davam edən iclaslarda onları tutan yuxudan və baş ağrısından xilas olduqlarını söyləyirlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ