SON DƏQİQƏ

17 yaşlı gəlin - Lerikdə rəsmiləşdirilməyən nikah

Tarix:11-10-2018, 23:03

Təranənin toyundan bir gün əvvəl ənənəvi xınayaxdı mərasimi keçirildi, qızlar evə toplaşıb əllərinə xına çəkdilər. Gəlinin əmisi qızı onu mərasimə hazırlaşdırır. O da Təranə kimi nişanlıdır və 16 yaşında ailə quracaq.

Təranə tələb olunan nikah yaşına, yəni 18 yaşına çatana kimi evliliyi rəsmiləşdirilməyəcək.

Amma qohum-əqrəbanın, qonşuların, dostların gözündə iki gəncin ailə qurmasını rəsmiləşdirən bütün ənənələr üsulunca yerinə yetirildi.

Toydan bir gün öncə qadınlardan ibarət xınayaxdı mərasimi təşkil edildi, 17 yaşlı Təranənin rəfiqələri, qohumları ona xeyir-dua verməyə və əylənməyə yığışdı.

Qız evi qonaqlarla qaynayırdı, masalar açılmış, hər kəs ən gözəl paltarını geyinmişdi. Bir azdan 21 yaşlı bəy gələcək və nişanlısı Təranəni atası evindən aparacaqdı…

gelinFotonun müəllifiCHAİ-KHANA

Lerik rayonunda toyu baş tutan bu cütlük hüquqi əsasla evlənmirlər. 17 yaşlı Təranə rəsmi nikah üçün qoyulan minimum yaş həddindən bir yaş aşağıdadır.

Fotoqraf Sitarə İbrahimova Chai-Khana və BBC News Azərbaycanca üçün Lerikdə kəndləri gəzərkən Təranənin toy mərasiminə baş çəkib. 17 yaşlı gəlinin evlilik mərasimi Sitarə İbrahimovanın fotolarında belə əks olunub.

gelinFotonun müəllifiCHAİ-KHANA

Toy gününün səhəridir, ailə üzvləri, qohumlar qız evinə yığışıb, süfrə qurulub.

Qadınlar gəlinin evində təşkil olunan xına mərasimində qırmızı yaylıq üzərinə düyü səpirlər. Düyü ilə bağlı adət-ənənələr Azərbaycanda məhsuldarlığın simvoludur.

gelinFotonun müəllifiCHAİ-KHANA

Gəlinin cehizinə həm dəbdəbəli, həm də sadə, gündəlik ehtiyacları ödəmək üçün lazım olan əşyalar daxil edilib.

gelinFotonun müəllifiCHAİ-KHANA

Azərbaycanda qızları evləndirərkən əsasən "vermək" sözündən istifadə edirlər. Analar "verdikləri" qızlarını artıq ailə üzvü saymırlar.

Kişilərdən ibarət musiqi qrupu Təranənin tikintisi yarımçıq ata evinə dəvət edilib. Qız atası deyir ki, kiçik oğlunu da ailə sahibi edəndən sonra missiyasını tamamlamış hesab edəcək və rahatlıq tapacaq.

gelinFotonun müəllifiCHAİ-KHANA

Təranə ərindən boşansa, yaxud ərinə nəsə olsa, valideynləri nə edər? Bu sualı eşidən kimi evdəki qadınlar fotoqrafa yalvar-yaxar etdilər ki, bu sözü heç işlətməsin ki, belə də olmasın.

gelinFotonun müəllifiCHAİ-KHANA

Ənənəvi musiqi sədaları altında rəfiqəsi taxta pilləkəndən Təranəyə düşməyə kömək edir. Rəfiqəsi Təranəni oğlan evinə qədər müşayiət edəcək.

gelinFotonun müəllifiCHAİ-KHANA

Təranə ata evini tərk etməyə və yeni ailəsinə qoşulmağa hazırlaşır. Maddi imkanı az olan ailələr üçün qızı ərə vermək həm də ona görə vacibdir ki, ailə yükdən bir qədər azad olur.

gelinFotonun müəllifiCHAİ-KHANA

Dini kəbin kəsdirmə mərasimi olmasa da, gənclər Quran altından keçirildilər. Quranın altından keçmək yerli camaat üçün simvolik bir əhəmiyyət daşıyır, bir növ nikaha legitimlik qazandırır.

Təranənin əri 21 yaşındadır. O, Təranənin atasının iş ortağının oğludur. Cütlük ilk dəfə toydan bir neçə gün qabaq görüşüb tanış olublar.

Təranə hələ təzəcə tanıdığı gələcək əri ilə birlikdə çox utancaq və narahat görünürdü.

gelinFotonun müəllifiCHAİ-KHANA

Təranə 10 yaşından etibarən təhsilini yarımçıq qoyub. Atası deyir ki, özü və həyat yoldaşı işlədikləri üçün Təranəni təkbaşına hər gün məktəbə göndərə bilməzdilər.

"Camaat nə deyər", fikrinin hakim olduğu cəmiyyətdə ailələr, xüsusən də atalar və qardaşlar qızlar üzərində nəzarət qurmaqla öz ləyaqətlərini qorumuş hesab edilirlər.

Erkən nikahlar Lerik bölgəsində tez-tez rast gəlinən adi hadisədir. Bu mənzərəni daha dəqiq göstərmək üçün statistik göstəricilər belədir: UNICEF-in 2011-ci ildə apardığı hesablamalara görə, Azərbaycan qızlarının 11 faizi 18 yaşını qeyd etmədən ərə verilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ