SON DƏQİQƏ

Kartof idxalına qiymət artımı "yerli fermerlərə kömək üçündür"

Tarix:6-09-2018, 11:35

Azərbaycana idxal olunan kartofun gömrük rüsumu iki dəfə artırılıb.

Nazirlər Kabinetinin bazar ertəsi günü qəbul etdiyi qərarda belə deyilir.

Sənəddə göstərilir ki, ölkəyə idxal olunan kartofun rüsumu 15 faizdən 30 faizə qaldırılıb.

Nazirlər Kabineti bu qərarı Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış birgə təklifinə əsasən verdiyini qeyd edib.

Qərar 2018-ci ilin oktyabrın 31-dək qüvvədədir.

"Alıcıya daha baha təklif olunacaq"

Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmli BBC News Azərbaycancaya deyib ki, bahalaşma "istehlakın azalmasına" səbəb olacaq.

"Ölkəyə gətirilən kartofa rüsum dərəcəsi artırılırsa, bu o deməkdir ki, məhsul alıcıya daha baha təklif olunacaq. Bu da təbii ki, istehlakın azalmasına gətirib çıxaracaq".

Cənab Məhərrəmli hesab edir ki, bu, "əhalinin onsuz da aşağı olan alıcılıq qabiliyyətini daha da azaldacaq".

Təhlilçinin fikrincə, hökumətin bu artım qərarı "daxili bazarın qorunmasına, istehsalın artımına yönəlməyib".

"Fermerlər şikayət edib"

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Anar Hüseynov BBC News Azərbaycancaya bildirib ki, idxal olunan kartofa rüsumlar fermerlərin şikayətləri əsasında artırılıb.

Onun sözlərinə görə, fermerlərlə keçirilən görüşlərdə kəndli və fermerlər xaricdən kartof idxalının yerli məhsulun satışı ilə əlaqədar problem yaratdığını bildiriblər.

"Fermerlər deyir ki, ölkədə daxili tələbatı ödəyəcək qədər kartof istehsal olunsa da, xaricdən kartof idxalı yerli məhsulu maya dəyərindən aşağı qiymətə satmağa məcbur edir. Buna görə də, Fermerlər Şurasının iclasında gömrük tarif dərəcələrinin artırılması ilə qonşu ölkələrdən kartof idxalının azaltmaq təklifi irəli sürülüb".

Cənab Hüseynov söyləyir ki, artım təklifi fermerlərin maraqlarının qorunması, daxili bazarın müdafiəsi baxımından məqbul sayılıb və əsaslandırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Statistika nə deyir?

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2013-cü ildə ölkəyə 63 min tona yaxın kartof gətrilibdisə, 2017-ci ildə bu rəqəm 161 min tona yaxın olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ