SON DƏQİQƏ

Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir? - Bu gündən yenisi verilir

Tarix:1-09-2018, 12:22

"Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil".

bu sözləri "ASAN" Xidmətin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN" xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub:

"15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".

E. Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil:

"Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ