SON DƏQİQƏ

Azərbaycan: rüsumların artması "insanların xərclərini artıracaq"

Tarix:6-08-2018, 11:15

Avtomobilin başqasının adına keçirilməsi, mobil cihazın qeydiyyata alınması rüsumları "insanların xərclərini artıracaq", təhlilçilər deyir.

31- iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə və mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği bir neçə dəfə qaldırılıb.

100-1500 AZN xərc

Qərara görə, fiziki şəxslərin minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği avtomobillərin istehsal tarixi və mühərrikinin həcminə görə müəyyən edilib.

Qərarda qeyd olunur ki:

  • 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,05 manat.
  • 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,1 manat
  • 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,2 manat
  • 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,3 manat
  • 5000 kubsantimetrdən çox olduqda 1500 manat
  • İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə - 1, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə - 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə 0,3 manat ödənilməlidir.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, rüsumlarda ciddi artım var.

Onun sözlərinə görə, Dövlət Rüsumu haqqında qanunun əvvəlki formasında avtomobilləri qeydiyyata alanda 10 manat rüsum qeyd olunmuşdu.

Yeni qərarla isə, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum 30-1500 manat arasında dəyişəcək.

Bu qərar avtomobillərin alqı-satqısı, dəyişdirilməsi, bağışlanılması hallarında, yəni bir addan başqa ada keçiriləndə qüvvədə olacaq, hüquqşünas deyir.

Cənab Hüseynov deyir ki, əvvəllər avtomobilin özgəninkiləşdirilməsi prosesi zamanı 4 əməliyyat həyata keçirilirdi.

Avtomobilin qeydiyyatı, nömrə alınması, qeydiyyat şəhadətnaməsinin verilməsi və avtomobilin texniki baxışı.

"Hazırda rüsumu qalxan əməliyyat qeydiyyatla bağlıdır. Əvvəl avtomobili öz adımıza keçirəndə maksimum 69 manat rüsum ödəyirdiksə, indi minimum 100 manat ödəniləcək", cənab Hüseynov bildirir.

Hüquqşünas deyir ki, bu vəziyyət maşın almaq istəyənlərin xərclərini artıracaq və insanlar avtomobil almaqdan çəkinəcəklər.

Bundan başqa etibarnamə ilə avtomobil idarə edənlərin sayı çoxalacaq, o deyir.

Ərşad Hüseynov etibarnamənin vətəndaşlara çətinlik törədəcəyini də qeyd edir.

"Etibarnamə etibarsız sənəddir. Elə ola bilər ki, şəxs etibarnamə ilə maşın sürsün və sonra məlum olsun ki, avtomobildə həbs var və əlindən alınsın. Etibarnamə bir sıra hüquqi problemlər yarada bilər".

Telefon

Xaricdən telefon gətirmək

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləği bir neçə dəfə artırılıb.

Bundan əvvəl ölkəyə xaricdən gətirilən telefonlar üçün ödənilən rüsumun məbləği 5 AZN idi.

Yeni qərara görə:

  • Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat;
  • Mobil cihazın bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
  • bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
  • bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda -60 manat;
  • bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda -70 manat;
  • bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat;
  • bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat ödəniləcək.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Əliyev deyir ki, belə bir qərarın verilməsində əsas məqsəd mobil telefonların ölkə ərazisində alınmasına şərait yaratmaq və xaricdən gətirilmənin stimulunun azalmasıdır.

Onun sözlərinə görə, bu qərardan sonra artıq ucuz telefonların gətirilməsi sərfəli olmayacaq. Çünki rüsum məbləğinin onun dəyərinə faiz nisbəti 15 faizdən çox olacaq.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nazirlər Kabineti BBC News Azərbaycancanın suallarını cavablandırmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ