SON DƏQİQƏ

12 günlük uşağın dişi çəkilib

Tarix:4-08-2018, 13:29

Böyük Britaniyada 12 günlük qız uşağının dişini çəkməli olublar.

Diş həkimləri İsla-Rose Heasman-in indiyədək ən az yaşlı xəstələri olduğunu bildiriblər.

Uşağın heç bir ayı tamam olmadığı üçün keyidici iynədən istifadə edilməyib, əvəzində dişə keyidici krem vurulub.

Mütəxəssislər hesab edir ki, doğularkən dişlərin olması çox nadir və təhlükəli haldır.

Bu, sadəcə əmizdirmə zamanı problem yaratmır, eyni zamanda uşağın dilində yara çıxmasına və ya dişin çıxaraq mədəyə getməsinə səbəb ola bilər.

Diş həkimləri cəsarətli körpə İsla-Rose-un üzərində, Fotonun müəllifiJASMIN HEASMAN
Image captionDiş həkimləri cəsarətli körpə İsla-Rose-un üzərində, "Bu gün ilk dişimi çəkdirdim" sözləri yazılmış açıqca qoyublar.

Britaniya Diş həkimləri İttifaqı (BDA) bildirir ki, hər 2000 uşaqdan birinin doğularkən dişləri olur.

Kökləri yetərincə inkişaf etmədiyi üçün belə hallarda dişlər adətən özü-özünə düşürlər.

Adətən uşaqlar 6 aylıqlarında ilk dişlərini çıxarırlar. Bəzən isə bu, 4 aylıq uşaqlarda da baş verə bilər.

diş

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ