SON DƏQİQƏ

Sentyabrın 1-dən maaş və pensiyalar 15 faiz qalxacaq

Tarix:4-08-2018, 13:07

Polis və hərbçilərin maaşı 10 faiz, digər vətəndaşların əmək haqqı və pensiyaları isə 15 faiz qaldırılacaq…
Tacikistan sakinlərini bu il sentyabrın 1-dən təqaüd və maaş artımı gözləyir. bu barədə ölkənin maliyyə naziri Fayiziddin Kaxhorzoda məlumat verib. Onun sözlərinə görə, həmin məqsədlə hökumət öncədən planlaşdırıldığı kimi dövlət büdcəsindən vəsait ayıracaq.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuların əmək haqları 10 faiz, büdcədən maliyyələşən digər dövlət qulluqçusu və işçilərin  pensiya və maaşları isə 15 faiz artırılacaq. Tələbələrin təqaüdünün artımı da nəzərdə tutulub.

"Bu təşəbbüsün həyata keçirilməsində heç bir maneə yoxdur”,- deyə hökumət rəsmisi vurğulayıb.
Xəbərdə xatırladılır ki, Tacikistanda maaş və pensiyalar sonuncu dəfə 2016-cı ilin iyul ayında qaldırılıb.  Həmin vaxt  artım 15 - 30 faiz təşkil edib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ