SON DƏQİQƏ

5 min manata ailə biznesi qura bilərsinizmi?

Tarix:3-08-2018, 12:50

Hər il yeddi min ailəyə 5 min manat dəyərində vəsait, ləvazimat veriləcək ki, onlar da öz işlərini, ailə bizneslərini qura bilsinlər.

Bu barədə prezident İlham Əliyev, avqustun 1-də, fiziki əngəllilərə və Qarabağ müharibəsində həlak olan ailələrə mənzil və avtomobillərin verilməsi mərasimində deyib. Prezident bildirib ki, bu proqram insanların məşğulluq proqramını həll etməyə yönəlib:

"Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq”.

İşadamı, keçmiş deputat Nazim Bəydəmirli deyir ki, özünüməşğulluğu təmin etmək, iqtisadi aktivliyi artırmaq üçün bu yaxşı addımdır, amma biznesi ayaqda tutub inkişaf etdirmək üçün ölkədə ümumən iqtisadi mühiti yaxşılaşdırmaq lazımdır:

"Təbii ki, işi açmaq Azərbaycanda çox asandır, amma problemlər sonradan qaynaqlanır. Biznesi ayaqda tutmaq, onun fəaliyyət növlərindən asılı olaraq, müxtəlif lizensiyaların alınması ilə bağlı süni problemlər və digər problemlər Azərbaycanın biznes mühitini digər ölkələrdən daha əlverişsiz şəraitə gətirib çıxarıb. Çox təəəsüf ki, biz biznes mühiti ilə bağlı beynəlxalq reytinqlərdə aşağı yerlərdəyik”.

Dövlətin özünüməşğulluq proqramı 2016-cı ildə başlayıb.

Bu ilin fevralında, Dövlət Məşğulluq İdarəsi özünün internet səhifəsində, proqramın uğuru barədə bunları yazır:

ȜLaçın rayon Məşğulluq Mərkəzinin inzibati binasında özünüməşğulluq proqramı ilə bağlı təlimlər keçirilib, daha sonra isə vətəndaşlardan 12-si öz biznes planlarını uğurla müdafiə edərək lazım olan aktivləri əldə ediblər, Elşən Cəbiyevə 28 baş ana qoyun, Lənkəran Cabbarova isə 4 baş iribuynuzlu heyvan verilib”.

Bu proqrama biznes planla müraciət edib qalib gəlmiş, adının çəkilməsini istəməyən bir kiçik sahibkar isə deyir ki, ona verilən istehsal aparatı istifadəyə yararsız olacaq qədər köhnə idi.

Proqramı icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə deyir ki, bu proses tam şəffafdır, tenderlər keçirilir, ailələrə təzə avadanlıqlar verilir:

"Bu proses yerli dövlət məşğulluq idarələri tərəfindən həyata keçirilir, vəsait var, yetər ki, təşəbbüs olsun. Biznes ideyası qiymətləndirilir, peşəkarlıq araşdırılır, biznes plan qiymətləndirildikdən sonra aktivlərin verilməsi təmin edilir”.

Bəs 5 min manatlıq ləvazimatla hansı ailə biznesini qurmaq olar? Bakı sakini, Laçın rayonundan məcburi köçkün, Əbülfət Əhmədov deyir ki, əvvəllər məhkəmələrdə nümayəndə kimi çalışırdı, keçən ilin payızında, bu institut ləğv ediləndən bəri işsizdir. Onun sözlərinə görə, 5 min manatlıq ləvazimatla ailə biznesi aça biləcəyinə şübhə edir:

"Azərbaycanın bugünkü gəlirlərini nəzərə alanda, bu, azdır. Ailə biznesi üçün 5 min çox azdır, ən azı 15-20 min manat olmalıdır. Üstəlik, bu proqrama nəzarət mexanizmi şəffaf olmalıdır”.

AzadlıqRadiosu özünüməşğulluqla bağlı Bakı sakinlərinin də fikirlərini öyrənib:

 

No media source currently available

0:000:01:03 0:00
 

 

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli deyir ki, bu proqramların icrasını təmin etmək üçün xüsusən də şəffaflığı artırmaq lazımdır. Onun sözlərinə görə, bu proqramı həyata keçirən məmurların əməkhaqqı aşağı olduğu üçün neqativ hallar ehtimalı həmişə qalır. Nazim Bəydəmirli bildirir ki, bu proqram əhalinin məşğulluğunu nisbətən artıra bilər, amma ümumi işsizlik problemini həll etmək üçün yetərli deyil.

Rəsmi məlumata görə, əhalinin cəmi beş faizi işsizdir, amma müstəqil mənbələr bunun dəfələrlə çox olduğunu deyirlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ