SON DƏQİQƏ

Hər 3 dəqiqədə bir qız bu xəstəliyə yoluxur

Tarix:26-07-2018, 12:46

Hər üç dəqiqədə 15-19 yaşlı bir qız AIDS (qazanılmış immun çatışmazlığı sindromu) xəstəliyini yaradan virusa yoluxur. Bu haqda BMT dünən – iyulun 25-də hesabat yayıb.

Amsterdamda 22-ci Beynəlxalq AIDS Konfransına açıqlanmış hesabatda deyilir ki, ötən il HIV-yə (insanda immun çatışmazlığı sindromu) yoluxan 15-19 yaşlıların üçdə ikisini qızlar və gənc qadınlar təşkil edib.

BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Henrietta Fore bunu "sağlamlıq böhranı” adlandırıb.

ƏN ZƏİFLƏR

"Bir ölkələrdə qadınların və qızların informasiyaya, xidmətlərə çıxışı yoxdur, hətta təhlükəli cinsi əlaqələrə ‘yox’ demək gücündə də deyillər”, – o bildirib.

"HIV ən zəiflər, marginallaşmışlar arasında hökm sürür, böhranın mərkəzində də yeniyetmə qızlar dayanır”, – qurum rəhbəri sözlərinə əlavə edib.

Agentliyin bildirməsinə görə, ötən il yaşı 19 və ondan aşağı olan 130 min gənc AIDS-dən dünyasını dəyişib, 430 min nəfər, yəni hər saatda 50 nəfər virusa yoluxub.

Rusiyada HIV
Rusiyada HIV

2010-cu ildən digər yaş qrupları arasında AIDS-lə bağlı ölüm halları azalıb, amma 15-19 yaşlılar içində ölüm göstəriciləri dəyişməyib.

Ötən il 1,2 milyon nəfər 15-19 yaşlının immun sistemini dağıdan virusla yaşadığı bildirilir. Hər beş nəfərindən üçü isə qızlardır. UNICEF belə deyir.

Hesabatda vurğulanır ki, epidemiyanın yeniyetmə qızlar arasında yayılmasının səbəbləri içində özlərindən çox böyük kişilərlə seks, məcburi cinsi əlaqə, yoxsulluq, konfidensial məsləhət sistemlərinə çıxışın olmaması da var.

İKİNCİ SİNİF

Aktrisa və fəal Charlize Theron konfrans təmsilçiləri qarşısında bu məsələni qaldırıb.

"AIDS epidemiyası seks, yaxud seksuallıqla bağlı deyil. Bilirik ki, bu, dünyada qadınların və qızların ikinci sinif sayılması ilə əlaqədardır”, – o deyib.

HIV layihələrini maliyyələşdirən Unitaid təşkilatının əməliyyatlar üzrə direktoru Robert Matiru isə bildirib ki, 1980-ci illərdə baş qaldırandan 35 milyon nəfər bu epidemiyadan dünyasını dəyişib.

"Onlar daha çox Saharaaltı Afrikada bu virusa məruz qalırlar”, – o, "Frans Pres” agentliyinə deyib.

BMT-nin hədəfi 2030-cu ilədək AIDS-in sağlamlığa təhdid olmasına son qoymaqdır.

Bundan ötrü 2020-ci ilədək illik yoluxmaları 500 min nəfərə məhdudlaşdırmaq gərəkir. Di gəl, ötən il 1,8 milyon yeni yoluxma halı aşkarlanıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ