SON DƏQİQƏ

Niyə yanvar boşanmalar ayıdır? Boşanmamaq üçün nə etmək lazımdır?

Tarix:9-01-2019, 22:57

Yeni il adətən inkişaf və təzə başlanğıc üçün yeni planlar və vədlərlə başlayır... eləcə də, boşanan insanların sayı artır. Niyə yanvar ayı ayrılıqlar, boşanmalarla zəngin ay hesab olunur?

"Boşanma Günü" - yanvarın ilk iş günü olan bazar ertəsini hüquqşünaslar belə adlandırır. Buna səbəb isə evliliklərini sonlandırmaq üçün müraciət edən insanların sayının artmasıdır.

Bəs ilin ən şən vaxtı hesab olunan Yeni il ərəfəsində nə baş verir ki, çox sayda insan ayrılmaq qərarına gəlir?

Münasibətlərə dəstək xeyriyyə şirkəti Relate-ə əsasən, Britaniyada 55% yetkin yaşlı insan Milad və Yeni il ərəfəsini münasibətlər üçün əlavə gərginlik və kəskinləşmə dövrü kimi görür.

"Heç kim Miladın boşanma və ya ayrılığa yol açdığını demir, amma problemləriniz varsa, maliyyə çətinlikləri və ailə qalmaqalları kimi "bayram təzyiqləri" hər şeyi ayrılma nöqtəsinə qədər apara bilər," Relate-in məsləhətçilərindən biri Simone Bose deyir.

Nəticədə hər yanvar ayı təşkilata müraciət edən ailələrin sayı artır.

Bundan əlavə, Britaniyanın Məhkəmələr və Tribunallar Xidməti Milad ilə Yeni il arasında 455 onlayn boşanma ərizəsi qəbul edib. Bu ərizələrdən 13-ü məhz Milad günü edilib.

Boşanma dəstəyi xidməti Amicable-ın apardığı bir araşdırma göstərir ki, Britaniyada 40.500-dən çox insan kompüterlərində "boşanma" sözünü axtarır.

Pul problemiFotonun müəllifiGETTY IMAGES
Image captionBayram xərcləri həmişə baha olduğundan cütlərdə daxili münasibətləri daha da gərginləşdirə bilər.

Yanvardan əvvəl nə baş verir?

"Aydındır ki, Milad və Yeni il emosiyaların yüksəldiyi və cütlüklərin birgə daha çox vaxt keçirdiyi bir zamandır," Amicable-ın həmtəsisçisi Kate Daly deyir.

Bəzi cütlüklər övladları və ya ailələri xətrinə zədələnmiş münasibətlərini qorumaq üçün səy göstərirlər. Bəziləri isə yaxşılaşdırmağa can atdıqları münasibətləri üçün bayram ərəfəsini son məqam kimi qiymətləndirir.

Cütlüklər Milad bayramı və ya istənilən tətilə hazırlaşarkən gələcəkləri barəsində söhbət etməyə həvəssiz yanaşırlar. Bayram ərəfəsi həm də ailənin görüşdüyü bir vaxtdır deyə, bu cür danışıqlar aparmağın yeri olmur.

Lakin əgər münasibət ən aşağı nöqtəyə gəlib çatıbsa, diqqət yayındıran adi şeylərlə keçən günlər - müntəzəm iş saatları, ayrı vaxt keçirmə və ümumi ailə rutinləri - sonsuz və ən pisi, dözülməz görünə bilər.

İlin bu vaxtı yaranan (Relate məlumatlarına əsasən, pul narahatçılığı münasibətlərdə bir nömrəli gərginlikdir) əlavə maddi və məişət təzyiqləri də problemli münasibətlər üçün vəziyyəti daha da ağırlaşdırır. Bu isə uzunmüddətli çatlaqlar və ya problemlər yarada bilər.

Ayın sonuna qədər, "bir çoxları özünü nə qədər bədbəxt saydığını anlayırlar və ayrılıq haqqında düşünməyə başlayırlar və bu, təkcə Miladdan sonra deyil, istənilən tətil əsnasında baş verə bilər", Daly deyir.

Statistik məlumatlar, həmçinin yay tətili bitdikdən sonra da müraciətlərin artdığını göstərir.

Yeni il sözü

ÜzüklərFotonun müəllifiGETTY IMAGES
Image captionYeni il həyatı yeni səhifədən başlamaq üçün bir şansdır.

Yeni ilin əvvəli adətən gələcəyimizi düşünmək, özümüzü inkişaf etdirmək və təzə başlanğıc üçün imkan kimi qiymətləndirilir.

Əgər insan özünün pis vəziyyət və ya münasibətin içində ilişib qaldığını düşünürsə, növbəti on iki ay ərzində fiziki və ya emosional olaraq eyni yerdə qalmaq istəmədiyi qərarına gələ bilər.

"Təəssüf ki, bəzi cütlüklər geriyə heç bir yol olmadığını fikirləşir və tez bir zamanda boşanmaq istəyirlər," Daly deyir.

Amicable-ən məlumatları göstərir ki, 2018-ci ildə boşanma müraciətlərinin pik nöqtədə olduğu gün, ilin ilk iş günü olub. Bu məlumatlar Relate-in statistikası ilə üst-üstə düşür: Yanvarda zənglərin sayı 13% və səhifədən istifadə edənlərin sayı 58% artır.

Amma onlar bəzi cütlüklərin münasibətlərini qoruya bildiyini və ya daha dostcasına ayrıldıqlarını istisna etmirlər.

Qalmaqaldan yayınmaq üçün ən yaxşı ipucları...

Ata və oğulFotonun müəllifiGETTY IMAGES
Image captionƏvvəlcədən işlərinizi planlaşdırın, gərginlik yaradan məsələlərin qarşısını əvvəlcədən almağa çalışın, istirahət üçün vaxt ayırın.

Bütün münasibətlər iş və səy tələb edir, amma yalnız olmadığınızı unutmayın.

Əgər ailənizin başqa üzvləri ilə bir araya gəlmək və ya tətilə getməyi planlaşdırırsınızsa, Relate kimi təşkilatlar davasız və ayrılıqsız tətil məsləhətləri verirlər.

  • Büdcəyə QANE OLUN - Yoldaşınızla oturub, tətilinizi büdcənizə uyğun necə qura biləcəyiniz barədə məsləhətləşin. Bunun üçün bir az kompromisə getmək lazım gələ bilər, xüsusilə də pula fərqli münasibət bəsləyiriniszə.
  • İşləri aranızda BÖLÜN - Hədiyyələr almaq, evi təmizləmək, yemək hazırlamaq və evi bəzəmək kimi görülməli işlər haqqında söhbət edin. Tapşırıqları bacarıq və maraqlarınıza uyğun bölün və uşaqları da cəlb etməyə çalışın.
  • "Mən" və "biz" vaxtı MÜƏYYƏNLƏŞDİRİN- Əgər bir neçə gün böyük ailə qrupu ilə vaxt keçirəcəksinizsə, birgə vaxtı unutmayın. Bir neçə saatlıq otağınıza çəkilin və söhbət edin, film izləyin və ya səhərlər birgə qaçın. İstirahət edib, yorğunluğu çıxarmaq çox vacibdir.
  • İnsanlara bərabər DİQQƏT AYIRIN - Çox sevdiyiniz yaxın bir qohumunuzla, rəfiqənizlə və ya dostunuzla vaxt keçirmək istəyə bilərsiniz, amma hər kəsə diqqət ayırmağa çalışın ki, heç kim özünü narahat və ya tək hiss etməsin.
  • Vəziyyəti PİSLƏŞDİRMƏYİN - Əgər partnyorunuz sizi incidərsə, ailə içində yox, ikilikdə söhbət etməyə çalışın. Əgər qonaqlar varsa, bağa çıxın və ya təklikdə bir yer seçib, problemi həll etməyə çalışın.
  • Çox spirtli içki İÇMƏYİN - Bayram və tətillərdə insan yeyib-içdiyinə fikir verməməyə meylli olur. Xüsusilə də əhvalınız pis olarsa və ya kimsə sizi narahat edərsə. Təəssüf ki, pis əhvalda artıq alkoqol qəbul etmək şən olmayan və həvəssiz Yeni ilə səbəb olar.

Problemsiz boşanma üçün də məsləhətlər ala bilərsiniz:

CütFotonun müəllifiGETTY IMAGES
Image captionHər iki tərəf hisslərə yox, faktlara əsaslanaraq danışanda boşanma danışıqları daha hamar keçir.
  1. Keçmiş yoldaşınızı tələsdirmək, müddəti uzadar - Boşanma prosesinin başlanğıcında həm siz, həm də yoldaşınız emosional olaraq fərqli şeylər yaşaya bilərsiniz. Boşanma haqqında ilk düşünən şəxs, şok, inkar və qəzəb kimi acı hissləri qarşı tərəfdən daha az yaşayır. Hər bir halda, partnyorunuzun vəziyyətə alışması üçün psixoloji dəstək və məsləhət almasına zəmin yaradın.
  2. Hisslərlə yox, ağılla hərəkət edin - Bunu hər ikiniz başa düşə və gözləntilərinizin real olduğunu anlaya bilsəniz, bahalı qanuni prosesdən yayınar və ayrılıq zamanı yaranan problemləri birgə aşa bilərsiniz. Əksər hallarda evlilikdə olduğu kimi standart həyat tərzindən həzz almaq mümkün olmur. Bu çox mühüm məsələdir və adətən şok ilə müşayiət olunur.
  3. Yoldaşınızla hər şeyin tamamlanması üçün bir vaxt çərçivəsi müəyyənləşdirin və ona sadiq qalın - adətən uzun çəkən boşanma prosesində razılıq əldə etmək də çətin olur. Boşanmanı istəyən tərəfdə kin və nifrət yaranır. Qarşı tərəf isə vəziyyəti çaşqınlıq və ya hədə kimi qiymətləndirir. Bu cür güclü emosiyaları idarə etmək çətinləşdikcə, vəziyyət də sürətlə cızığından çıxa bilər.
  4. Bərabər bölünmə üçün hər iki tərəfin nəyə sahib olduğunu bilmək lazımdır - maliyyə məsələləri üzrə razılaşma əldə etmək üçün aktivlər və borclarınızın siyahısını tərtib etməlisiniz. Eyni zamanda, bir-birinizə qarşı istənilən maddi öhdəliyi təqdim etmək gərəkdir.
  5. Vəkil tutmaq üçün tələsməyin - boşanmaq və ya ayrılmaq üçün çoxlu yollar mövcuddur və hər kəsə fərqli proses münasib gələ bilər. İlkin olaraq hüquqi məlumat almaq daha sərfəli olar (adətən bu cür xidmətlər təmənnasız həyata keçirilir). Mütləq özünüzə vaxt verin.
  6. Keçmişə yox, gələcəyə köklənin - Söhbətin mövzusunu "Əşyalarımızı necə bölək" sualından "Gələcəkdə xoşbəxt olmaq üçün nə etməliyik" sualına dəyişin. Və ya əgər övladlarınız varsa, "Uşaqların xoşbəxtliyindən əmin olmaq üçün nə etməliyik" sualını cavablandırmağa çalışın. Bu yolla ən mühüm olan şeylərə köklənəcəksiniz. Vaxtınız, enerjiniz və pulunuzu keçmiş hadisələr haqqında mübahisələrə sərf etməyin.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ