SON DƏQİQƏ

Azərbaycanda siqaretə illik tələbat - 10 MİLYARD QUTU

Tarix:10-07-2018, 12:36

Azərbaycanda siqaretə illik tələbat 10 milyard qutudur. Onun 9 milyardı xarici ölkələrdən idxal edilir, 1 milyard qutusu isə ölkə daxilində istehsal edilir.  Yeni müəssisələrin işə düşməsilə siqaretə olan tələbatın 50 faizinin daxili istehsal hesabına ödəniləcəyi gözlənilir.

Oğuz rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azad Əliyev tütün məhsulunun yetişdirilməsi və bu sahənin perspektivləri barədə sualları cavablandırarkən belə deyib.


Onun sözlərinə görə, 2017-ci ildə Oğuz rayonu üzrə quru tütün istehsalı 289 ton təşkil edib.:


"Bu il 500-600 ton quru tütün istehsal ediləcəyi gözlənilir. Hazırda Oğuz rayonunda iki sort tütün becərilir. Bunlar yerli - "İmmunium" və xarici - "Virciniya" sortlarıdır. Yaş "İmmunium" tütününün 1 kiloqramı 20, "Vircinaya" sortunun 1 kiloqramı isə 22 qəpiyə satılır. 1 hektarda əkilmiş yaş "İmmunium" sortundan 50 ton tütün əldə olunur”.

 

A.Əliyev deyib ki, 1 hektar tütündən götürülən gəlir 30 hektar taxılın gəlirinə bərabərdir:

""İmmunium” sortunda 100 kiloqram yaş tütündən 10 kiloqram quru tütün alınır. "Vircinaya" sortunda isə 100 kiloqram yaş tütündən 15-16 kiloqram quru tütün alınır. "Vircinaya" sortunun toxumunu Zaqataladakı "İntertabak” tütün şirkəti xaricdən gətirir. "İmmunium" sortunun toxumunu isə özümüz əldə edirik. Bitki 3 metr hündürə qalxanda çiçək (xora adlanır) açır. O quruyandan sonra toxum alınır. Onun sözlərinə görə, əkilmiş tütünün yarpaqları 7-8 dəfə yığılır.

Yığılan məhsul rayonun Tütünqurutma Sexində qurudulduqdan sonra satışa çıxarılır. Hazır məhsulun 20-30 faizi daxili daxili bazara, qalanı isə xaricə gedir. Tütünümüzün hazırda əsas alıcıları Rusiya, Ukrayna və Belarusdur. Rayon üzrə ümumilikdə 250 hektar tütün əkilib. Ötən il quru tütün istehsalının həcmi 200-250 ton olmuşdusa, bu il bu rəqəmin 2 qat artaraq 500-600 ton olacağı gözlənilir. Sahibkar 1 hektardan təxminən 7-8 min manat, qurudub hazır şəkilildə təhvil verdikdə isə 12-13 min manat gəlir əldə edir. Plantasiyalarda gündəlik 200-250 nəfər işçi çalışır. Yığılan tütünün 30 faizə qədəri Şəkidəki tütün fabrikinə, Bakıdakı "Eurotabak”a, 70 faizi xarici bazara göndərilir. Yaxın vaxtlarda Sumqayıtda tütün fabriki istifadəyə veriləcək. İllik gücü 5 milyard siqaret qutusu istehsalı həcmindədir. Növbəti aydan bizim məhsullarımız onlara da göndəriləcək. Zavod bizim istehsak etdyimiz tütünün hamısını qəbul etsə belə, ehtiyaclarını tam ödəməz. Çünki çox böyük zavoddur”.

A.Abbasovun sözlərinə görə, tütün özü zəhər olduğu üçün yetişdirilməsi vaxtı heç bir dərman pereparatından istifadə olunmur. Artıq bugünədək tütünqurutma sexi 80 ton tütün qəbul edib. Mövsümün sonunadək 2-3 min ton tütün qəbul ediləcək”.

 

İşçilərin sözlərinə görə, sahibkarlar onlara çalışdıqları saatın miqdarına görə məvacib ödəyir və aylıq gəlirləri təxminən 300-350 manat arasında dəyişir.(Modern.az)


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ