SON DƏQİQƏ

'Bir çox insanlar pensiya yaşına çatacaqlarına inanmırlar'-Media icmalı

Tarix:31-05-2018, 11:57

«Novoye Vremya» qəzetində «Pensiyaya qədər necə yaşayaq?» sualı gündəmə daşınır.

Yazıda xatırladılır ki, bir il öncədən etibarən Azərbaycanda pensiya yaşı artırılıb. Söhbət qadın və kişilərdə pensiya yaşının mərhələli şəkildə 65 yaşa çatdırılmasından gedir. Kişilərdə bu proses 2021, qadınlarda isə 2027-ci ilə kimi başa çatmalıdır. Əvvəlcə kişilərdə pensiya yaşı 63, qadınlarda isə 60 idi.

Müəllif yazır ki, indi insanlar bu dəyişiklikdən narazıdırlar: «Burada ən ağrılısı budur ki, çoxları pensiya yaşına qədər yaşaya bilib-bilməyəcəklərini düşünürlər».

Yazıda qeyd edilib ki, bu günlər isə Milli Məclisin Əmək və sosial siyasət komitəsində «Məşğulluq haqqında» yeni qanun layihəsinin müzakirəsi olub.

Müəllifin bildirməsinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, dünya əhalisinin 60, Avropa İttifaqı əhalisinin isə 18-20 faizi qeyri-rəsmi məşğul insanlardır. Bunu tamamilə aradan qaldırmaq mümkün deyil.

Müəllif isə hesab edir ki, qanun layihəsi rəsmi işə və ya gəlirə malik olmağa şərait yaratmalıdır: ««Boz məşğulluq» ölkə büdcəsinə və eləcə də işçilərin sosial durumuna fəlakətli dərəcədə pis təsir edir. «Kölgə məşğulluğu» istənilən ranqlı məmur üçün yem yerinə dönüb. Çünki burada ucuz əməkdən istifadə edilir və bu mənada tikinti sektoru bunun şahididir».

Yazıda bildirilir ki, ölkədə rəsmi olaraq orta yaşın 75 il olduğu deyilir. Amma bir çox ekspertlər bunun əleyhinə çıxaraq orta yaşın 65-70 yaş arasında olduğunu düşünürlər.

Müəllif vurğulayıb ki, məhz bu səbəbdən də bir çox insanlar pensiya yaşına çatacaqlarına inanmırlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ