SON DƏQİQƏ

700 bal toplayanlar bəribaşdan ixtisas da seçiblər - III qrupda hamı hüququ istəyir - MARAQLI

Tarix:29-05-2018, 19:52

Hazırda abituriyentlər ən həssas dönəmlərini yaşayırlar. Ali məktəbi qazanmaq uğrunda ciddi mübarizə gedir.

Dövlət İmtahan Mərkəzinin abituriyentlərə verdiyi şans nəticəsində artıq yaz imtahanlarında ən yüksək nəticə göstərənlər var.

Abituriyentlər II və III qrup üzrə  mayın 13-də, I və IV qrup üzrə mayın 20-də biliklərini yoxlayıblar. İlkin olaraq  10 nəfər rekord nəticə göstərərək, 700 bal toplayıb. 

Maraqlıdır, 700 bal toplamış abituriyentlər rəsmi olmasa da, özlüyündə ali təhsil müəssisəsi və ixtisas üzrə seçim ediblərmi?  Onların yay imtahanlarına qatılıb-qatılmaması da maraq doğrurur.



III qrup üzrə imtahan verən Elvin Kərimli  yay imtahanlarına qatılmaq barədə düşünmür:

"Hüquq ixtisası üzrə təhsil almaq fikrindəyəm. Universitetə gəlincə, böyük ehtimalla Bakı Dövlət Universiteti olacaq. 700 baldan yüksək yer yoxdur ki, ikinci imtahanlara qatılım. Ona görə də yay imtahanlarına da qatılmayacam”.

III qrup üzrə  imtahan verən Leyli Əhmədova  universitetini müəyyənləşdirməyən abituriyentlər arasındadır.

"İxtisas olaraq hüquq üzrə təhsil almaq fikrindəyəm. Amma universitetimi hələ ki müəyyənləşdirməmişəm. Yay imtahanlarına isə qatılmayacam”.

II qrup üzrə imtahan verən Cahan Haşımzadə yay imtahanlarına qətiyyən qatılmayacağını söyləyib.

"Həm ixtisasımı, həm də universitetimi müəyyənləşdirmişəm. İqtisad Universitetində maliyyə ixtisası üzrə ingilis dilində təhsil almaq fikrindəyəm. Yay imtahanlarına da qatılmayacam”.

II qrup üzrə imtahan verən Jalə Rəcəbova deyir ki, hələ seçim etməyib.

 "700 bal toplasam da, nə ixtisasımı, nə də universitetimi müəyyənləşdirmişəm. Düşünürəm ki, hələ vaxta var. Eyni zamanda, yay imtahanlarına da qatılmayacam”. 

 II qrup üzrə imtahan verən Zeynəb Quluzadə həm ixtisasını, həm də universitetini müəyyənləşdirib:

 "İxtisas olaraq hüquq fakultəsində oxumaq istəyirəm. Universitetim də ADA olacaq. Bunu çox arzulayıram. Yay imtahanlarına da qatılmayacam”.


I qrup üzrə imtahan verən Vasif Əsədov 
da yay imtahanlarına qatılmayacaq:

"Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil almağı düşünürəm. Yay imtahanlarına qatılmayacam”.

I qrup üzrə imtahan verən Əsra Bayramovanın ən böyük arzusu Bakı Ali Neft Məktəbində oxumaqdır:

"Bakı Ali Neft Məktəbində oxumaq ən böyük arzumdur. İxtisasa gəlincə, ikisinin arasında hələ ki dəqiq seçim etməmişəm: ya proseslərin avtomatlaşdırılması, ya da informasiyanın təhlükəsizliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Yay imtahanlarına isə qatılmayacam”.
 

III qrup üzrə imtahan verən  Xəyyam Sultanlı universitetini dəqiqləşdirmədiyini deyir.

"Hüquq fakultəsində ixtisas almağı düşünürəm. Amma universiteti hələ dəqiqləşdirməmişəm. Ya Bakı Dövlət Universiteti, ya da ADA olacaq. Yay imtahanlarına qatılmayacam”. 

IV qrup üzrə imtahan verən Rəna Əliyeva da ali təhsil alacağı məkan barədə qərarlıdır:

"Azərbaycan Tibb Universitetinin "müalicə işi” ixtisası üzrə təhsil almağı düşünürəm. Yay imtahanlarına da qatılmayacam”.

III qrup üzrə imtahan verən Şayxanım Həsənova da tam seçim etməyib:


"İxtisas olaraq hüququ seçsəm də, universiteti hələ seçməmişəm. Yay imtahanlarına da qatılmaq fikrim yoxdur”. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ