SON DƏQİQƏ

Qadınlar maşın sürmək qadağasını dəstəkləyən kişilərə: "Siz baxarkən biz maşın sürəcəyik"

Tarix:26-05-2018, 20:06

Səudiyyəli qadınlar iyun ayından etibarən sürücülük vəsiqəsi alaraq maşın sürə biləcək.

Qadağanın aradan götürülməsindən məmnun olmayan bəzi kişilər sosial şəbəkələrdə "maşın sürə bilməzsən" həştəqli paylaşımlar edib.

Qadınlar isə bu sözlərə qarşı eyni həştəqdən istifadə edərək daha zarafatcıl paylaşımlar ediblər.

Bazar ertəsindən bəri eyni həştəqlə qadınların maşın sürmək hüququnu dəstəkləyən 65 mindən çox post paylaşılıb.

Qadınlar eyni həştəqlə video və fotolar da paylaşıb.

"Siz baxarkən biz maşın sürəcəyik"

Bəzi qadınlar eyni həştəqi istifadə edərək xəyallarındakı avtomobillərin fotolarını paylaşıb.

"Mənim avtomobilim. İyun, 2018"

Bəzi qadınlar isə sürücülük kursu kitablarının şəkillərini bölüşüblər.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ