SON DƏQİQƏ

Cənub rayonlarında qızlar məktəbə necə gedir?

Tarix:5-01-2019, 00:11

Bu günlər "Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da iştirak edən İsveçrənin Cənubi Qafaqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlitəhsil naziri Ceyhun Bayramov-a belə bir sual vermişdi:

"Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur. Cənab nazir, siz bu məsələyə necə baxırsınız.”

Nazirin cavabı isə belə olmuşdu:

" Bu bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir. Bunun üçün biz icmalarla işləyirik...”

​Lənkəran rayon Təhsil Şöbəsi: "Bu il ali məktəblərə 611 məzun qəbul olunub, bunun 289 nəfəri qızdır”

Biz də öz növbəmiszdə bu məsələyə rayon təhsil şöbələrinin və müstəqil ekspertlərin münasibətlərini öyrənməyə çalışmışıq.

Lənkəran rayon Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov sözügedən məsələ ilə bağlı bunları deyir:

"Bizdə belə bir hal yoxdur. Mətbuatdan eşitmişik. Etiraz etmişik. Bu il ali məktəblərə 611 nəfər məzun qəbul olunub, bunun 289 nəfəri qızdır. Ali məktəblərə qəbul olunanlardan 49 nəfəri 600-dən yuxarı bal toplayıb, bunun 20 nəfəri qızdır. Qızlar məktəblərdə azlıq təşkil edirsə, yoxdursa bu rəqəmlər hardandır? Verilən məlumatlar həqiqəti əks etdirmir. Əksinə məktəblərin siniflərində ildən ilə qızların sayı artır.”

Astara rayon Təhsil Şöbəsi: "Gəlib göstərsinlər.”

Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov da məktəblərdə belə problemlərin olmadığını dilə gətirir:

"Məktəblərmizdə qız olmayan sinif yoxdur. Varsa gəlib göstərsinlər.”

Lerik rayon təhsil şöbəsi-ndən də eyni cavabı aldıq.

Ancaq Təhsil Nazirliyin Astara regional idarəsi-ndən AzadlıqRadiosu-na bildiriblər ki, Lerik rayonunda şagirdlərin sayının azalması faktı var. Verilən məlumatlara görə, rayonda 107 ümumitəhsil məktəbində 5 min şagird təhsil alır. Hər məktəbə 46-47 şagird düşür:

"Amma, elə bir sinif yoxdur ki, orada qız olmasın”, deyə bildiriblər.

"Ola bilsin ucqar dağ kəndlərində belə hal olsun”

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev isə bir qədər fərqli düşünür:

"Ola bilsin ucqar dağ kəndlərində belə hal olsun. Amma, bizdə belə bir fakt yoxdur. İndi siniflərdə qızların sayı daha çoxdur. Belə də söhbət gedir ki, Cənub bölgəsində məktəbli qızları ərə verirlər. Bir-iki belə hadisə olur. Kütləvi hal yoxdur axı. Azərbaycanın bütün bölgələrində belə hallara rast gəlmək olur. Ola bilər ucqar dağ kəndlərində olsun. İcbari təhsil 9-cu sinifə qədərdir. Ondan sonra ola bilər ki, bəzi qızlar təhsili davam etdirməsinlər.”

Rahim Nuriyev-in fikrincə, bu söhbət qrant layihələrində ortaya atıla bilər:

"Rəhbərlik etdyim Lənkəran Müəllmlər Cəmiyyəti qeyri hökmət təşkilatıdır. Özüm vaxtı ilə layihə işləmişəm. Kimlərsə ola bilər ki, bu söhbəti qrant xətrinə ortaya atıb, layihə işləyib. Bizdə orta təhsil var, bir də tam orta təhsil. İcbari təhsilini başa vuran bəzi qızlar ola bilər ki, təhsilini davam etdirməsinlər...”

"2018-ci ilə qədər orada ali təhsil almış qadın olmayıb”

Həbib Əlizadə
Həbib Əlizadə

Lənkəran və Astara rayonlarının dağ kəndlərin məktəblərində müəllim işləmiş Həbib Əlizadə də bunları deyir:

"Hazırda, Astara rayonun Qapıçıməhəllə kənd ümumi təhsil orta məktəbi-ndə tarix müəllimi işləyirəm. Bundan əvvəl Lənkəranın ucqar dağ kəndi olan Gəgiran kənd məktəbi-ndə işləmişəm. Bütün siniflərdə qız var, davamiyyət də var. İşlədiyim məktəblərdə bu problemlərlə rastlaşmamışam.Yaşadığım Şüvi kəndi (Astara rayonu) dağ ətəyi ərazidə yerləşir. Atam müəllimidir, kənd məktəbində dərs deyir. Orada da bütün siniflərdə qız var. Hardasa 10-15 il bundan əvvəl belə hallar mümkün idi. Məsələn, yaşadığım kəndə 2012-ci ildə bir qız ali məktəbə daxil olmuşdu. Bu il onların sayı 6 olub. Əvvəllər işlədyim Lənkəran rayonun dağ kəndi olan Gəgiran kəndi-ndə məktəbli qızlarla bağlı problem var idi. Sovet dövrü daxil olmaqla 2018-ci ilə qədər orada ali təhsil almış qadın olmayıb. Bu il bir qız həmin kəndən ali məktəbə daxil oldu. Belə kənd məktəbləri var. Bu həm də sosial vəziyyətlə bağlıdır. Ucqar kəndə yaşayan ailədə 2 oğlan bir qız varsa valideyin imkanlarına görə, seçim etməli olur. Oğlan uşağının daha çox təhsil almasına üstünlük verir. Elə ailələr var ki, imkanı ümumiyyətlə yoxdur. Qızlar ən çox icbari təhsildən sonra kənarda qalırlar. Onları daha çox ərə verməyə üstünlük verirlər.”

Lənkəran rayonunda 89, Astara rayonunda 62, Lerik rayonunda isə 107 ümumitəhsil məktəbi var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ