SON DƏQİQƏ

«Azərbaycanda yaşı 80-i keçənlər...»

Tarix:14-05-2018, 11:55

 «Azərbaycanlılar pensiya yaşına necə çatırlar?» sualı gündəmə daşınır.

Müəllif ölkədə demoqrafik vəziyyətlə bağlı problemlərə diqqət çəkir. Yazıda bildirilir ki, ölkədə əməkqabiliyyətli insanlar arasında ölüm halları artır.

Müəllif iqtisadçı Rövşən Ağayevə istinadən qeyd edib ki, əməkqabiliyyətli əhali arasında ölüm hallarının artması daha çox kişilərə aiddir: «Ölkədə iqtisadi-sosial durumun ağır olmasını üzə çıxaran daha bir amil də var. Azərbaycanda əməkqabiliyyətli əhali arasında ölüm göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə çoxdur və son demoqrafik göstəricilər də ölkədə mürəkkəb iqtisadi durumdan xəbər verir».

Yazıda hesab edilir ki, insan nə qədər pis yaşayırsa, onun ömrü də qısalır.

Müəllif vurğulayıb ki, iqtisadçılar bəhs edilən sahə ilə bağlı 2016-cı illə 2017-ci il arasında paralellər də aparıb: «2016-cı ildə əməkqabiliyyətli 15-64 yaş qrupunda kişilər arasında ölüm halı yüksək olub. 2016-cı ildə qadınlar arasında ölüm halı hər 100 min nəfərə 195 nəfər düşüb. Kişilər arasında bu göstərici 379 nəfər olub».

Yazıda bildirilir ki, son 10 il ərzində selektiv abortlar nəticəsində yeni doğulan körpələr arasında oğlan uşaqlarının sayı qız sayını 5-6 faiz üstələyir.

Müəllif uzunömürlülüklə bağlı qonşu Gürcüstanla Azərbaycan arasında da paralel aparır. Yazıda vurğulanmasına görə, Gürcüstanda hər 1000 nəfərin 34-nün yaşı 80-dən yuxarıdır. Azərbaycanda isə bu göstəricinin cəmi 13 olduğu qeyd edilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ