SON DƏQİQƏ

Fermer :'Nazirlə görüşə bilməsəm...'

Tarix:13-05-2018, 00:33

 "Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırırq-yeni nazirdən kömək istəyirlər”.

"Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırıq” – YENİ NAZİRDƏN KÖMƏK İSTƏYİRLƏR - 

Yazıda bildirilir ki, Azərbaycanda fermerlər südün maya dayərinin baha, satış qiymətinin isə ucuzluğundan şikayətçidirlər.

Süd istehsalçısı olan Elşən Quliyev deyib ki, bu məsələ araşdırılmalıdır:

"Monitorinq aparılmalıdır ki, həqiqətən südün alış qiymətinin aşağı olmasının səbəbi quru süddür, yoxsa digər amillər...İki ildir fəaliyyət göstərirəm, heç kimin xəbəri yoxdur ki, mən nə ilə məşğulam. Bir uçot, reyestr yaradılmalıdır. Gündəlik 1 ton civarında süd istehsal edirəm. litrini 40-45 qəpikdən satıram. Bu nə deməkdir? Bu gedişlə mövcud vəziyyətə davam gətirə bilməyəcəyik”.

Yazıda vurğulanır ki, fermerlər yemin bahalığından şikayətçidirlər. Onların deməsinə görə, yoncanın bir dərzini 5 manata, qarğıdalı yeminin 1 kiloqramını isə 35-43 qəpiyə alırlar. Son bir ildə yoncanın 2 dəfə bahalaşdığı iddia olunur:

"Kəpək niyə bahalaşmalıdır? Mən südü 45 qəpiyə satıb pul qazana bilmirəm. Südün 1 litrindən 20 qəpik və ya ümumi dövriyyədən 20 faiz gəlir istəyirəm.10-a yaxın işçi işlədirəm, nə edim? Fermanı bağlayıb onları işdən çıxardım?”.

E.Quliyev deyib ki, vəziyyət barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verib. Onun vurğulamasəna görə, nazirliyə deyib ki, bir ay ərzində nazirlə görüşə bilməsə, çənin ağzını açıb südü yerə tökəcək.

"Şahdağ” fermer təsərüfatının nümayəndəsi Yusif Cəlilov da bu sahədə probelmlərdən gileylənir:

"2017-2018-ci ildə süd satışı ilə əlaqədar üzləşdiyimiz problemi heç vaxt görməmişəm. Gündəlik istehsalımız 10 tondur, bunun 8-9 tonunu satışa çıxardırıq. Biz bu südü sata bilmirik, emalçılara yalvarırıq. Satdığımız halda da pulunu ala bilmirik. 150 əməkdaşımız var, onların əməkhaqlarını heyvanları satıb ödəyirik. Belə getsə bir il davam gətirə bilməyəcəyik”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ