SON DƏQİQƏ

Sosial mənzillərin satışındakı PROBLEM - Ekspert ŞƏRH ETDİ

Tarix:8-05-2018, 12:21

Mayın 7-də ilk sosial mənzillər satışa çıxarıldı. Rəsmi məlumata görə, "Güzəştli mənzil” sisteminə daxilolmalar həddindən çox olduğundan sistem yüklənib və xidmətdə fasilə yaranıb.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi:


"Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı.

Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı”.

Ekspert bildirib ki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi:

"Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edən bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlər sürətləndirilməlidir”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ