SON DƏQİQƏ

Azərbaycanda 3000-dən artıq talassemiyalı xəstə var

Tarix:8-05-2018, 12:19

"Hazırda Azərbaycanda 3000-dən artıq talassemiyalı xəstə var".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

 

V.Hüseynov qeyd edib ki, son 5 ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub: "Onların böyük əksəriyyəti talassemiyalı xəstələr olub. Alınan nəticələr dünyadakı nəticələrlə yanaşıdır. Gələcəkdə qoyulan hədəflərdən biri toxuma uyğunluğu registrinin formalaşdırılmasıdır. Bu da donor tapa bilməyən xəstələrə donor tapılmasına kömək edəcək".

Onun sözlərinə görə, ölkədə təxminən 1 milyona yaxın talassemiya daşıyıcısı var: "İki daşıyıcı insan ailə qurarsa, onların övladlarının xəstə doğulması riski çox böyükdür. Ölkədə nikahdan qabaq müayinələrin aparılması nəticəsində xəstə uşaqların doğulmasının sayında ciddi azalma müşahidə olunur".


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ