SON DƏQİQƏ

Bir ailəyə bir aya 18 manatı sosial yardım saymaq olarmı?

Tarix:8-05-2018, 00:10

Pensiyaçılar, sosial yardım alanlar, uşaqpulu alanlar, əlillər, işsizlər…

Aşağı gəlirli bu adamlar, yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən nə gözləsinlər?

Prezident seçkisindən sonra, bu nazir postunda, Səlim Müslümovu, 38 yaşlı, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayev əvəzləyib. O, 2016-cı ilin yanvarından bəri iqtisadiyyat nazirinin müavini idi.

Yeni nazir nəyi dəyişsin, nəyi dəyişəcək?

Keçən il Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan böyük bir kəsimin, pensiyaçıların xeyrinə olmayan qanun dəyişiklikləri ilə yadda qaldı. 2017-ci ilin iyulun 1-dən qadınlar və kişilər üçün pensiya yaşı mərhələ ilə 65-ə çatdırılacaq.

O vaxta qədər, Azərbaycanda qadınların pensiya yaşı 60, kişilərinki isə 63 idi.

Başqa bir dəyişikliyə görə, bundan sonra heç də hamı yaşlananda pensiya ala bilməyəcək. İndi ya adamın hesabında sosial sığorta ödəmələri hesabında azı 15 min 800 manat olmalıdır ki, pensiya alsın, ya da 25 il stajı olmalıdır. Sosial və İqtisadi İnkişaf Mərkəzi hesablayıb ki, həmin dəyişiklik təkcə bu il ortalama 50 min adamı pensiyasız qoyacaq.

Qanunun bu normasının dəyişib-dəyişməyəcəyi hələlik bəlli deyil, amma hakim partiyadan deputat Siyavuş Novruzov bir neçə dəfə bildirib ki, onsuz da Azərbaycanda pensiya alanların sayı həddən artıq çoxdur, onların azaldıması lazımdır.

Mərkəzin iqtisadçısı Rəşad Həsənov deyir ki, yeni nazir bu qanunları dəyişdirmək təşəbbüsü göstərməlidir:

"Növbəti 40 ildə Azərbaycanda insanlar 6 il pensiya ala biləcəklər. Bu da ədalətsiz yanaşmadır. Ya pensiya yaşı aşağı salınmalı, ya da hesablama sistemi dəyişməlidir”.

Bəs hazırda pensiyada olanlar, yeni nazirdən nələr gözləyirlər? Onlar fikrilərini AzadlıqRadiosu ilə bölüşüblər:

  


2015-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosail yardımın verilməsi ilə bağlı müraciətləri elektron sistemə keçirəndən sonra, nazirlikdən şikayətlər artıb.

Yeni sistem bəzilərini ünvanlı yardım almağa uyğun bilmir. Müstəqil müşahidəçilər deyirlər ki, hələ də, ünvanlı yardım yanlış ünvanlara gedir, ehtiyacı olanlar qıraqda qalır, olmayanlar yardım alır.

Hacıqabulun Birinci Udulu kəndində bir ailə var. Dörd nəfərlik ailə ayda 18 manata yaşayır. Bunları AzadlıqRadiosuna ailə başçısı 30 yaşlı Razi Qarayev danışır. O deyir ki, bu pul, onun 2-ci qrup əlillik pensiyasından aliment çıxılandan sonra qalan puldur. Dediyinə görə, ünvanlı sosial yardım barədə, nazirliyə müraciətinə də cavab gəlməyib:

"Televizorda baxanda elə görünür ki, analoqsuz dövlətdir. Heç olmasa, mənə minimum şərait yaratsınlar. Şor-çörəklə yaşayım heç olmasa”.

Trend informasiya agentliyi yazır ki, nazir Sahil Babayev ünvanlı sosial yardımın verilməsinin təkmilləşdirilməsi üçün işçi qrup yaradıb.

Bu qrup, neqativ halları aradan qaldırmalı, şəffaflığı artırmalı, ünvanlılığı artırmaq üçün təkliflər hazırlamalıdır.

Şərhçi Rəşad Həsənov deyir ki, belə bir qrupun yaranması müsbət haldır, amma o, ümumilikdə bu nazirdən əsaslı islahatlar gözləmir, bildirir ki, köklü islahatlar fərdlərdən yox, ümumilikdə idarəetməni təşkil edən şəxslərdən asılıdır.

Rəşad Həsənov deyir ki, hələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində islahatların zəif getdiyigörünür:

"Yeni nazirin təyin olunmasından bir neçə həftə keçməsinə, digər nazirliklərdə hansısa dəyişiklik olmasına baxmayaraq, bu nazirlikdə hansısa konkret qərarın qəbul olunması, kadr islahatlarına gedilməsi kimi hallar müşahidə olunmur. Bunun özü narahatedici haldır. Artıq nöqsanların olması barədə iradlar qəbul olunmağa başlayıb. Bu nöqsanların aradan qaldırılması ilə bağlı addımlar çevik atılmalıdır”.

Sahil Babayev, İlham Əliyevin komandasında tək-tük dəyişikliklərdəndir. 15 ildir ki, hakimiyyətdə olan Əliyev əsasən atasının dövründən qalmış nazirlərlə çalışır. Bu dəfəki kabinetdə bir neçə yeni adlar var.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ